Türkiyənin Ağdamdakı yeni komandanı KİMDİR?

Türkiyənin Ağdamdakı yeni komandanı KİMDİR?Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyə kontingentinə rəhbərlik edən general-mayor Abdullah Katırcının səlahiyyət müddəti başa çatıb. Sentyabrın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Abdullah Katırcını qəbul edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu diqqətə çatdırılıb. Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

A.Katırcının yerinə general-mayor Fatih Akpınar təyinat alıb. Bundan sonra Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə Akpınar rəhbərlik edəcək.

Ağdama təyinat alan general-mayor kimdir, ondan gözləntilər nələrdir?

Ehtiyatda olan türkiyəli general Yücel Karauz Modern.az-a açıqlamasında bildirib ki, Fatih Akpınar peşəkar hərbçidir və ondan gözləntilər böyükdür.

"Türkiyə dövlətinin və hərbi qüvvələrinin siyasəti hər kəsə məlumdur, bu, dəyişməz olaraq qalır. Ona görə də vəzifədəki şəxslərin dəyişməsi görüləcək işlərin dəyişəcəyi mənasına gəlmir. Yeni təyinat alan general-mayorumuz da ona verilən təlimatların yerinə yetirilməsi üçün çalışacaq. Bir şey dəqiqdir ki, onlara verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsi üçün əlindən gələni edirlər. Ağdamda yeni işə başlayan Fırat Akpınarın sülhün təmin edilməsi və ermənilərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün əlindən gələni edəcəyinə inanıram. O, hər zaman vətəninin və dövlətinin yanında olan hərbçilərdəndir. Fatih Akpınar Türkiyə dövlətinə qarşı qurulmuş 15 iyul qiyam hadisələri zamanı qəhrəmancasına dövlətinin yanında olub" - deyə Yücel Karauz vurğulayıb.

Qeyd edək ki, Fatih Akpınar 30 avqust tarixində Ali Hərbi Şuranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında vəzifəsi artırılaraq briqada generalı olub.

Xatırladaq ki, işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci ilin yanvarın 30-da fəaliyyətə başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1364   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı

Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki

17 oktyabr
.

ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v

18 oktyabr
.

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeyd

17 oktyabr
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət

18 oktyabr
.

Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır

Yəmən husilərinin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumları mümkün uzunmüddətli iqtisadi nəticələrlə əlaqədar Pakistanda narahatlıq doğurur. "Report" AFP-yə istinadən xəbər verir ki, bunu Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb Banqkokda Beynəlxal

17 oktyabr
.

Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib

Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik

17 oktyabr
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18 oktyabr
.

İranın yeni müdafiə naziri məlum oldu

İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib. bu barədə "Press TV" telekanalına istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi. Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsini

18 oktyabr