Azyaşlını xilas edəndə ağlına belə gəlməzdi ki, məşhur aktyor olacaqlar
ABŞ-da valideynləri ilə zooparka gəzintiyə çıxan 5 yaşlı Nensi anidən yırtıcı heyvanların saxlanıldığı çuxura düşür.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 1956-cı ildə Nyu-York zooparklarından birində baş verib.
Ana, ata və körpə Nensi ekzotik heyvanların olduğu çəmənliklər arasında gəzirdilər.
Valideynlər təhlükəli yırtıcıların fonunda əylənərək şəkil çəkdirdilər. Onların diqqəti bir neçə dəqiqə ərzində dağıldı. Valideynlərindən ayrılan Nensi timsahların saxlanıldığı hissənin hasarına yaxınlaşır. Bu zaman anidən müvazinətini itirən azyaşlı təhlükəli sürünənlərin "yuvası"na düşür.
Sadəcə, balacanın bəxti gətirir: Birincisi, heyvanlar ac deyilmiş, yenicə yedizdiriliblərmiş. İkincisi, hava o qədər isti idi ki, heyvanlar çox yorğunlaşmışdı, dincliyini pozan kimsəyə şiddətlə reaksiya verə bilmirdilər.
Nensi onlara tərəf bir addım atdı və timsahlar maraqla ona doğru irəlilədilər.
Artıq ətrafda hay-küy yarananda qızın valideynləri dəhşətli mənzərəyə şahidlik edirdi...
Ziyarətçilər çaşqınlıq içərisində idilər.
Həmin vaxt məşhur ameriklı aktyor, komediyaçı, prodüser, yazıçı və ssenarist Corc Karlin də orda idi. O zaman Corc hələ ulduz deyildi - 19 yaşlı gənc donanmada xidmət edirdi. Həmin gün məzuniyyətdə idi və zooparka gəlmişdi. Gözünü belə qırpmadan Karlin azyaşlı Nensini oradan çıxardı.
Maraqlısı isə o idi ki, Nensi də böyüyüb, məşhur aktrisa olacaqdı.
Xilas edilən qızın "Carrie", "Puncture" və "RoboCop" trilogiyası kimi filmlərdə dünya şöhrəti qazanacağı hələ qarşıda idi...
İllər keçdi, amerikalı aktrisa Nensi Allen əksəriyyətin sevimlisinə çevrildi.
Aktyorlar həyatları boyu əlaqə saxladılar. Nensi alkoqol və qeyri-qanuni maddələrə aludə olanda dostu Corcu bu yoldan çıxarmaq istəsə də, onu həyatda saxlaya bilmədi.
Nensi xilaskarının ölümündən çox üzüldü. Karlin 2008-ci ildə 71 yaşında dünyasını dəyişəndə aktrisa vida mərasiminə matəm çələngi gətirdi. Çələngin lentində son təşəkkür sözləri yazılmışdı: "Timsahlardan qorxmayacaq qədər axmaq kiçik qızdan".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1858 Tarix: 12 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını
18 oktyabrBoşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı
Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb
18 oktyabrABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v
18 oktyabrAvstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
17 oktyabr"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını
18 oktyabrQazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
18 oktyabrIMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17 oktyabr