"Ermənilər nəsə etmək istəyirlər, amma heç bir şey edə bilmirlər" - Elçin Quliyev

"Ermənilər nəsə etmək istəyirlər, amma heç bir şey edə bilmirlər" - Elçin QuliyevAzərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən politoloq, keçmiş deputat Elçin Quliyev bildirib ki, erməni təxribatlarının arasının kəsiləcəyini düşünsək, yanılmış olarıq:
"Ermənilər nəsə etmək istəyirlər, amma heç bir şey edə bilmirlər" - Elçin Quliyev"44 günlük müharibənin yekununun Azərbaycanın qələbəsi ilə bitməsini bu gün ermənilər həzm edə bilmir. Qarabağ ərazisində qalan erməni silahlı qruplaşmaları nə qədər ki, ərazilərimizdən təmizlənməyib, belə təxribatlar olacaq. Təbii ki, Azərbaycan ordusu öz ayıq-sayıqlığı və peşəkarlığı ilə belə təxribatların qarşısını alır və buna qadirdir. 10 noyabr razılaşmasının bəzi bəndləri ermənilər tərəfindən icra olunmur. Bu belə davam etsə, Azərbaycan irimiqyaslı anti-terror əməliyyatları keçirməli və bu terror qruplaşmaları ərazidən təmizlənməlidir.
Ermənilər nəsə etmək istəyirlər, amma heç bir şey edə bilmirlər. Çünki bu gün Azərbaycan dövlətinin mdafiəsində təhlükəsizliyinin təmin edilməsində keşik çəkən güclü Azərbaycan ordusu var. Bu ordu gücünü 44 günlük müharibədə təkcə ermənilərə yox, bütün dünyaya göstərdi.Ancaq ermənilər təxribadan əl çəkmirlər. Hər dəfə təxribat etdikcə də cavablarını alıb geri çəkilirlər .
Ermənilərdən daha təhlükəlisi arxasında dayanan qüvvələrdir. Erməni bizim üçün çox xırda düşməndir. Onlardan daha təhlükəlisi pərdə arxasında dayanan məkrli, hiyləgər qüvvələrdir. Ona görə də biz daha ayıq-sayıq olmalıyıq. Tək ordumuz yox, hüquq mühafizə orqanlarımız da erməni təxribatlarına qarşı ayıq olmalıdır.
Bu, mülki əhalinin də borcudur. Çünki düşmən hiyləgərdir. Düşmənə fitva verənlər daha hiyləgərdir. Biz düşünsək ki, erməni təxribatlarının arası kəsiləcək, düşmənçilikdən əl çəkəcəklər, yanılmış olarıq. Ona görə biz öz işimizi bilməliyik".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2570   Tarix: 13 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021