Məktəb ləvazimatları neçəyədir? - QİYMƏTLƏR
Yeni tədris ilinin başlanmasına 2 gün qalıb. Şagirdlər 3 aylıq tətildən sonra məktəbə hazırlaşır, valideynlər isə məktəb üçün alış-veriş edirlər. Bəs şagird ləvazimatları satılan mağazalarda qiymətlər necədir?
Sonxeber.az xəbər verir ki, Trend-in əməkdaşı paytaxtda yerləşən məktəbli ləvazimatları mağazasında olub, qiymətlərlə maraqlanıb.
Satıcıların sözlərinə görə, bu il əsasən kağız məmulatlarında qiymət 15-20 qəpik artıb. Bunun da əsas səbəbi odur ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində həmin ölkələrdən gələn kağız materiallarının qiyməti artıb. Digər ləvazimatların daşınma xərci də cüzi artıb.
Məktəb alış-verişi deyilən kimi ağıla ilk çanta gəlir. Çantaların qiyməti keyfiyyətindən, harada istehsal olunmasından asılı olaraq 15-55 manat arasında dəyişir.
Beləliklə əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:
Çanta: 15-55 manat
Dəftər: 40 qəpik - 2 manat
Sadə karandaşlar: 10 qəpik -1,80 manat
Rəsm albomları: 1-4 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Rəngli karandaşlar: 1 - 8 manat
Pozan: 20-50 qəpik
Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik
Xətkeş: 20 qəpik -2,40 manat
Plastilin: 1- 4,40 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Pərgar dəsti: 1 - 3,6 manat
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1331 Tarix: 13 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind
18 oktyabrSabah 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər
16 oktyabrAzərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi
18 oktyabrBu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
17 oktyabrƏlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18 oktyabrAzərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında paylaşdığı videoda son günlər gündəmdə olan hadisələrlə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, aparıcı paylaşımında izləyicilərindən mövzu ilə bağlı çoxsaylı suallar və mesajlar aldığını bildirib. O, baş verənlər fonunda Azərbaycanın daxili işlərinə müdaxil
17 oktyabrAzərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd
18 oktyabr