Atasından sonra həyat yoldaşı da şəhid oldu - FOTO
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan 50 hərbi qulluqçudan biri Azad Kərimovdur.
Sonxeber.az modern.az-a istinadən xəbər verir ki, şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonu, Daş Salahlı kəndinə gətirilib.
Rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin vida mərasimi keçirilib.
Mərasimdən sonra Azad Kərimov Daş Salahlı Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Ordumuzun giziri Kərimov Azad Zahid oğlu Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar nəticəsində Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlib.
O, ailəli idi, iki övladı yadigar qalıb.
Əldə edilən məlumata görə, Azad Kərimovun həyat yoldaşı da şəhid qızıdır. Belə ki, gizir Kərimovun xanımı Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ Müharibəsi şəhidi Azər Hüseynovun övladıdır.
Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayırdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5462 Tarix: 14 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pərdələr və tül keçmişdə qaldı: indi pəncərələr üçün nə seçirlər?
Artıq pəncərə dekorasiyasında artıq bəzəklər və yüklü detallar deyil, sadəlik və yüngüllük üstünlük təşkil edir. Müasir yanaşma balans üzərində qurulub - həm funksionallıq, həm də estetika vacib sayılır. xarici mediaya istinadən xəbər verir ki, ənənəvi pərdələrin yerini isə rulon pərdələr, mat şüşə v
4 mayXİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər
Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da böyük coşqu hissi ilə iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında bildirilib. "Xarici İşlər Nazirliyinin əməkdaşları "Küləy
3 mayYay fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatında qeyd olunub. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasınd
4 mayEvində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur. Hüquqşünas Əkrəm Həsənov -a bu məsələnin birbaşa mülkiyyət hüququ ilə bağlı olduğun
3 mayAzərbaycan üçün yeni uşaqpulu modeli - Ayda 100 manat…
Rusiyada hamilə qadın doğulacaq körpə üçün verilən zəruri əşyalarla dolu çantanı nümayiş etdirib. Çantanın içində körpəyə lazım ola biləcək bir çox əşyalar yer alıb. Bu təşəbbüsün bütün regionlara aid olmadığı və yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulduğu iddia edilir. Digər ölkələrdə də oxşa
3 may"Bakı Marafonu 2026" başladı - FOTO
"Bakı Marafonu 2026" başlayıb. xəbər verir ki, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan
3 maySabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala
4 mayAzərbaycanda yaz fəsli olmayacaq? - Hazırlaşın, hava kəskin DƏYİŞİR
Yaz fəslinin bitməsinə 1 ay qalsa da, onun xarakterik istiliyi və sabitliyi hələ də hiss olunmur. Hətta may ayında havaların qəfil və kəskin istiləşəcəyi gözlənilir. -a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, yazın il
3 mayİldırımın vurub öldürdüyü gəncin - Fotosu
Xəbər verdiyimiz kimi, dünən saat 17 radələrində Lerik rayonunda ildırım vurması nəticəsində bir nəfər həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 21 yaşlı Cəfər Əbdül oğlu Mirzəzadənin fotosunu yayıb. Qeyd edək ki, ildırım C.Mirzəzadəni evinin həyətində vurub
4 may