Bakının erməni-bolşevik işğalından azad olunmasından 104 il ötür
Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.
Azərbaycan paytaxtının azadlığından 104 il ötür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.
Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.
Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbayacanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi.
Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Tarix boyu Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib. Bu dəstək həm siyasi, həm də hərbi formada mümkün olub. İşğal altında olan torpaqlarının azadlığı uğrunda 2020-ci ilin sentyabrın 27-də başlatdığı Vətən müharibəsinin ilk günündən Türkiyə Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi.
Belə ki, Azərbaycanın haqq savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları və bəyanatları bir daha iki ölkə arasında dostluq və qardaşlığın təcəssümü idi. Türkiyə Prezidentinin nümayiş etdirdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan haqq savaşında qələbə qazanmasında mühüm rolu olub.
Azərbaycan və Türkiyə əlaqələri bu gün də yüksələn xətlə inkişaf edir. İstər Vətən müharibəsindən əvvəl, istərsə də sonar iki ölkə arasında imzalanan çoxsaylı sənədlər, qardaş dövlətlərin bir-birinə nümayiş etdirdiyi dəstəyin və birliyin göstəricisidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 848 Tarix: 15 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
17 oktyabrAzərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi
18 oktyabr65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK
Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin
17 oktyabrBu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat
17 oktyabrTələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
18 oktyabrMinimum əməkhaqqı artacaq? - Video
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər
18 oktyabrBakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır
17 oktyabr