"Dünya artıq ermənilərin "timsah göz yaşları"ndan bezib" - Deputat

"Dünya artıq ermənilərin "timsah göz yaşları"ndan bezib" - Deputat"Sentyabr ayının 12-dən 13-ə keçən gecə 50 vətən övladının şəhid olması ilə bağlı dərin hüznlə kədərləndiyimi bildirir, Allahdan rəhmət diləyir, doğmalarına səbir arzulayıram".

Bu sözləri Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, Ermənistanın Laçın və Kəlbəcər rayonlarını atəşə tutmasının əsas səbəbi müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri icra etmək istəməməsidir:

"Hər bir hadisəyə obyektiv qiymət vermək üçün həmin hadisənin motivlərinə diqqət çəkmək lazımdır. Son Brüssel görüşünün qərarında deyilir: hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılır ki, bir ay müddətində sülh müqaviləsinin mətni üzərində iş aparılsın. Sərhədlərin delimitasiya, demarkasiya məsələlərinə, kommunikasiyaların bərpasına başlanılsın. Təbii ki, bu razılaşmalar Azərbaycanın daha əvvəl irəli sürdüyü 5 prinsipə uyğundur və bizi qane edir. Əlavə olaraq, Prezident İlham Əliyev humanist jest etdi və 5 erməni əsirini Ermənistana qaytardı.

Sonra nə baş verdi? Paşinyan Azərbaycanın xeyirxah addımını qiymətləndirmək əvəzinə, Vladivostokda keçirilən iqtisadi forumda mövqeyini 180 dərəcə dəyişdi".

Deputat vurğulayıb ki, Şarl Mişelin vasitəçiliyi ilə növbəti, beşinci görüş noyabr ayında keçirilməli idi:

"Əvvəlki görüşlərin nəticələrinə görə, Paşinyan başa düşür ki, nizamlanma proseslərində Avropa İttigaqı ilə Azərbaycanın baxışları üst-üstə düşür. Azərbaycan tərəfinin mövqeyi beynəlxalq hüquqa, ədalətə söykənir. Hətta ən qərəzli, ermənipərəst təşkilatlar belə, bunu inkar edə bilməz. Belə olan halda Ermənistanın manevr imkanları qalmır və ölkəsi faktlar qarşısında aciz vəziyyətdədir. Ona görə də diqqəti əsas məsələdən yayındırmaq üçün çıxış yolunu genişmiqyaslı təxribatlarda gördülər.

Əfsuslar olsun ki, 50 nəfər igidimiz şəhid oldu. Ancaq Müzəffər Ordumuz onların intiqamını artıqlaması ilə aldı. Düşmənin yüzlərlə canlı qüvvəsi, hərbi bazaları məhv edildi, əsir götürüldü. Havadan Müdafiə Sistemləri, ağır texnikası, müxtəlif çaplı silahları sıradan çıxarıldı, müdafiə infrastrukturu darmadağın edildi.

Düşmən növbəti dəfə Azərbaycan ordusunun, Azərbaycan silahının gücünü gördü. Məhz bunun nəticəsidir ki, Ermənistan gah KTMT-yə, gah BMT-yə, Makrona, bütün beynəlxalq təşkilatlara, böyük dövlətlərə yalvarmağa başladı ki, guya Azərbaycan hücuma keçib, erməniləri xilas etsinlər. Görünən odur ki, dünya artıq ermənilərin "timsah göz yaşları"ndan bezib.

Baş verənlər onu göstərir ki, müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan tərəfi ağıllanmır və təxribatlardan əl çəkmir. Hər vasitə ilə vaxt qazanmaqla, yenidən toparlanmağı və revanş götürməyi planlaşdırır. Ona görə də biz onların törətdikləri vəhşilikləri unutmamalıyıq: istənilən təxribatlara onqat cavab verilməli, düşmənçilik hərəkətləri rüşeym halında məhv edilməlidir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1244   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr