"Paşinyan Ermənistandan kənarda və ölkə daxilindəki revanşist qüvvələr ilə hərəkət edir" - Kamilə Əliyeva

"Paşinyan Ermənistandan kənarda və ölkə daxilindəki revanşist qüvvələr ilə hərəkət edir" - Kamilə ƏliyevaAzərbaycan- Ermənistan sərhədində son iki gündür ki, atışma olur. Bununla bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Ermənistan isə 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hər cür bəhanə gətirərək öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır:

"Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin törətdiyi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar siyasət yeritdiyini sübuta yetirdi. Azərbaycan tərəfi 10 noyabr 2020-ci il bəyanatının bütün bəndlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hər cür bəhanə gətirərək öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Ermənistan rəhbərliyinin bu hərəkətləri üçtərəfli bəyanatdan imtina etməsi anlamına gəlir. Kapitulyasiya aktına imza atan Ermənistan imdad üçün Avropa İttifaqına üz tutdu. Prezident cənab İlham Əliyevin düşünülmüş müdrik xarici siyasəti nəticəsində Paşinyan ağır məğlubiyyətə uğradı. Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli görüşlərdə də Azərbaycanın maraqları nəzərə alınmaqla Avropa İttifaqı rəsmisi səsləndirib ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət təklifi qəbul etdiyini bildirdi və sülh sazişinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi, hazırlıq işlərinin başlanması üçün öz razılığını bildirmişdi. Ermənistan rəhbərliyinin bu razılaşmanın tələblərini yerinə yetirməməsi açıq-aşkar görünür. Yəni bu gün Ermənistan dövləti müstəqil dövlət deyil. Ermənistan rəhbərliyi müstəqil siyasət yeritməyi bacarmayan səriştəsiz siyasətçilərdən ibarətdir. Bu gün Ermənistanın baş naziri Paşinyan Ermənistandan kənarda və ölkə daxilində revanşist qüvvələr ilə hərəkət edir. Müzəffər Ali Baş Komandanımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və Ermənistanın xaricdəki havadarlarına Azərbaycana qarşı nəinki silahlı təxribat törədilərsə, hətta təxribat xarakterli bəyanatlar verilərsə, nəticəsinin ağır olacağını bildirib. Ermənilərin dünən törətdikləri hərbi təxribatın qarşısını Azərbaycan ordusu aldı və Ermənistan ordusunun təmas xəttinə yaxın daha dərinliklərindək hərbi texnikasını, canlı qüvvələrini məhv etdi.Həyata keçirilmiş uğurlu əməliyyatlar nəticəsində Azərbaycan ordusu təxminən 100 kvadrat kilometr irəliləyərək yüksəklikləri ələ keçirdi. Bu, iki dövlət tərəfindən delimitasiya olunmayan ərazilər sayılır. Bu gün Azərbaycan silhalı qüvvələri Xankəndindən Ermənistana, Qafandan İrəvana gedən yolları nəzarətə ələ keçirib. Bu döyüşdə də Azərbaycan ordusu şəhidlər verdi, oğullarımız yenə də Ermənistanə hərb meydanında diz çökdürdü.7 saatlıq döyüşdə Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi və ilkin məlumatlara görə Ermənistanda ölənərin sayı 150-200 nəfərdir. Xeyli erməni diversant əsir götürüldü. Bu hərbi qələbəmizdə Azərbaycan bir daha dünyaya bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa, Azərbaycan əsgəri qətlə yetirilərsə, cavabları ağır olacaq. Sonda bir daha şəhidlərimizə Allahdan rəhmət, əzizlərinə səbr diləyirəm . Bütün xalqımıza başsağlığı verirəm.Vətən sağ olsun".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2922   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021