Əli Kərimli də, Altay Göyüşov da erməni dili ilə danışırlar – Aydın Hüseynov

Əli Kərimli də, Altay Göyüşov da erməni dili ilə danışırlar – Aydın Hüseynov"Azərbaycan 200 illik düşməni və onun arxasında duran güclərlə ölüm-dirim savaşı aparır, haqqını tələb edir, pozulmuş suveren hüquqlarını, ərazi bütövlüyünü bərpa etməyə çalışır. Bu çətin və məsuliyyətli işin başında da Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan İlham Əliyev dayanır. 30 illik sülh danışıqları nəticə vermədiyindən xəbərdarlıqlara uyğun olaraq Azərbaycan Ermənistan silahlı qüvvələrinin nəzarətində olan ərazilərimizi güc yolu ilə, silahla, hərbi vasitələrlə işğaldan azad edib. Amma sülh müqaviləsinin imzalanması üçün Ermənistana təzyiq etməmək də mümkün deyil. Bunun üçün bəzən hərbi əməliyyatların keçirilməsi zərurəti də yaranır. Bütün bunlara rəğmən həm Ermənistanın ta əvvəldən yanında duranların, ona bütün anlamda dəstək olanların, həm də içimizdə olan xainlərin səsi eşidilməkdədir".

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, xarici və daxili düşmənlərimizə, xəyanətkarlara qarşı xalqın bir yumruq kimi birləşməsi gərəkdir: "Bizim işimiz haqqdır, biz torpaqlarımızın bütövlüyünü istəyirik, BMT-nin sənədlərində təsbit olunmuş sərhədlər çərçivəsində suveren hüquqlarımızın, ərazi bütövlüyümüzü bərqərar olmasına çalışırıq. Bu yolda kim olursa olsun, hansı güclər gəlirsə gəlsin milli maraqlarımızdan geri duran deyilik. Buna baxmayaraq daxildəki bir sıra ünsürlər Azərbaycana dil uzatmağa başlayıblar. Özünü "ana müxalifət" adlandıran, əməlləri xalqın maraqları ilə daim ziddiyyət təşkil edən, erməni dəyirmanına su tökmək peşəsini davam etdirən, Azərbaycanın əlehinə atdığı addımlarla xüsusən erməni cəmiyyətinin məhək daşına çevrilən Əli Kərimli, özünü beynəlxalq ekspert kimi ermənipərəst dairələrdə tanıdan və əsasən erməni mətbuatının "dəqiq mənbə" olaraq daim istinad etdiyi Altay Göyüşlü, xaricdə outrub social şəbəkələr vasitəsilə Azərbaycana, onun rəhbərliyinə ermənilərin belə deyə bilməyəcəyi yalanlar tirajlayan, milli hissiyatımızla oynayan, daha çox "söyüş mühacirləri" adı ilə tanınan ünsürlər ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Əli Kərimlinin də, Altay Göyüşovun və digər yaramazların apardığı təbliğatla bu gün İrəvanın küçələrində Azərbaycana qarşı hədyanlar səsləndirən ermənilər arasında heç bir fərq yoxdur. Hər ikisinin fikirləri yanlış, qərəz, xəyanət üzərində qurulub. Altay Göyüşov Azərbaycanın Ermənistan silahlı qüvvələrinin təxribatçı əməllərinə qarşı apardığı əməliyyatı təcavüz adlandırırsa, bunu ermənidən nə fərqi? Əgər Əli Kərimli Azərbaycanın Qarabağ separatçılarına, təcavüzkar Ermənistana olan münasibətini insan haqlarının pozulması kimi yozursa bu şəxsin Azərbaycanda yaşamağa, hətta müxalifət adından danışmağa haqqı çatırmı? Ermənidən betər erməni olmağa çalışan bu şəxslərin bir məqsədi var, suyu bulandırmaq, Ermənistanın və digər ölkələrdəki siyasi dairələrin, bəzi mərkəzlərin tərtibatı ilə hakimiyyətə gəlmək, həmçinin Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq. Əslində, daxili düşmənlərimiz Əli Kərimli də, Altay Göyüşov da yeni heç nə demirlər, sadəcə, erməni dili ilə, erməni tərtibinə uyğun danışırlar".
Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2383   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Afrika Biznes Şurasının prezidenti Dr. Amany Asfour Bakıya səfər edib - ilk dəfə keçirilən Africa Week tədbirində iştirak edir

Afrika Biznes Şurasının (Africa Business Council) prezidenti, tanınmış beynəlxalq iqtisadçı və sahibkar Dr. Amany Asfour Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfər edib. Onun səfəri Bakıda ilk dəfə təşkil olunan "Africa Week" - Afrika Həftəsi beynəlxalq tədbirində iştirak məqsəd

3 may
.

"Bakı Marafonu 2026" başladı - FOTO

"Bakı Marafonu 2026" başlayıb. xəbər verir ki, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan

3 may
.

XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da böyük coşqu hissi ilə iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında bildirilib. "Xarici İşlər Nazirliyinin əməkdaşları "Küləy

3 may
.

Əhməd tibb müəssisəsindən qaçıb? - DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. xəbər verir ki, bir qadının səs yazısı paylaşılıb. Həmin şəxs iddia edir ki, guya Ə. Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadı

3 may
.

Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ

Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protoko

4 may
.

DİQQƏT! Pensiyaçılara ŞAD XƏBƏR

Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar fonunda pensiya məbləğləri yenidən gündəmə gəlib. Rəsmi açıqlamalarda ölkədə orta pensiyanın 594 manat, yaşa görə isə 632 manat olduğu bildirilir. Lakin artan qiymətlər, xüsusilə ərzaq və dərman xərclərinin yüksəlməsi fonunda bu məbləğlərin vətəndaşları

3 may
.

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları

3 may
.

Qurbanlıq bazarında YENİ QAYDALAR qüvvəyə mindi

Artıq Qurban bayramı yaxınlaşır. Bu il heyvan bazarlarında qaydalar daha da sərtləşdiriləcək və bəzi heyvanların satışına icazə verilməyəcək. Mövzu ilə bağlı Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin direktoru Yavər Məmmədov bildirib ki, heyvan bazarları yoluxucu xəstəlikləri

3 may
.

Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?

Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarını

3 may