Azərbaycanda hərbi vəziyyət və səfərbərlik elan olunacaq? - AÇIQLAMA

Azərbaycanda hərbi vəziyyət və səfərbərlik elan olunacaq? - AÇIQLAMAXəbər verdiyimiz kimi, sentyabrın 12-də erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Ermənilərin təxribatlara əl atması Azərbaycan tərəfini qətiyyətli tədbirlər görməyə vadar edir. Yenidən müharibənin başlayacağı və ölkədə hərbi vəziyyətin elan olunacağı, komendant saatının tətbiq olunacağı ilə bağlı fikirlər səsləndirilir. Bu iddialar nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərli BiG.AZ-a açıqlmasında bildirib ki, bu fikirlər əsassızdır və ölkədə hərbi vəziyyət və səfərbərlik elan olunmayacaq:

"Heç bir halda səfərbərlik elan olunmayacaq. Kifayət qədər hərbi resursumuz var, hərbi hissələrimiz, Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qoşun birləşmələrimiz hazır vəziyyətdədir. Heç kim də çaşqınlıq yaratmasın. Bəzi işbazlar insanlar arasında müəyyən ajiotaj yaratmaq istəyirlər. Səfərbərlik o vaxt lazım idi, çünki o vaxt bizim böyük bir ərazimizi düşməndən geri almağımız lazım idi. İndi balaca bir ərazi qalıb, onu da Xüsusi Təyinatlı Qüvvələrimiz, Komando hərbi hissələrimiz qısa müddətdə bir neçə günə azad etmək gücündədir və ehtiyat güvvəmiz də yetərincədir.

Ona görə də heç bir narahatlıq yoxdur. O ki qaldı münaqişəni alovlandıran səbəblərə, Ermənistanı başa salmalıdırlar ki, odla oynamasın. Ermənistana məsləhət görməzdim ki, bu məsələni dərinləşdirsin. Ermənistan bu təxribatı həyata keçirir və buna görə də layiq olduğu cavabı alıb və almaqda da davam edir.

Bu gün də Azərbaycana çağırış edən beynəlxalq qurumlar özlərinə sual versinlər ki, işğalçı statusunda olan Ermənistan əsgərinin Azərbaycan ərazisində nə işi var? Niyə 28 ildən artıq müddətdə balaca bir Ermənistan BMT sənədlərinə və qərarlarına əhəmiyyət vermir? Ermənistan kimi işğalçıya yalnız güc tətbiq etmək lazımdır. Biz 2020-ci ildə də bütün dünyaya bunu göstərdik. İndi də eyni gücü göstərmək lazımdır ki, Ermənistanın ağlı başına gəlsin.

Ermənistanı bu avantüraya şirnikləndirən dövlətlər gəlib Ermənistan ərazisində ermənilərin əvəzinə döyüşən deyil. Ermənistan Azərbaycanla qonşuluq münasibətlərində normal yaşamaq istəyirsə, ağlını başıma yığmalıdır. Hələlik görünən odur ki, Ermənistan "göylə gedir", ancaq Azərbaycan Ordusu onu aşağı endirməklə məşğuldur. Çünki itkilərinin sayı çoxalmağa doğru gedir. Bizim də itkilərimiz var, biz bunu heç vaxt gizlətməmişik və gizlətmirik. Hətta Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti şəhid olmuş əsgər və zabitlərin siyasını da dərc edib. Ona görə də beynəlxalq qurumlar narahatlığı Ermənistanla bağlı dilə gətirilməlidir, Azərbaycanla bağlı hər hansı bir narahatlıq yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 36087   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr