Milli satqınların növbəti "erməni sevgisi" - Ramil Həsən

Milli satqınların növbəti "erməni sevgisi" - Ramil Həsən"Hazırda bütün Azərbaycan xalqının, cəmiyyətimizin diqqəti Ermənistanla sərhədə köklənib. Erməni tərəfinin sentyabrın 12-də gecə saatlarından başlayaraq ordumuzun mövqelərinə qarşı genişmiqyaslı təxribatları gərginliyi daha da alovlandırdı. Bu təxribatla Ermənistan hakimiyyəti Cənubi Qafqazda sülh və əməkdaşlıq, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri heçə saydığını nümayiş etdirdi. Halbuki, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündən çox vaxt keçməmişdi. Həmin görüşdə tərəflər sülh sazişinin mətninin hazırlanması üçün razılığa gəldiyini bəyan etmişdilər. Görüşdən sonra Azərbaycan humanist addım ataraq beş erməni hərbçini Ermənistana təhvil verdi. Amma əvəzində isə rəsmi İrəvan qeyd etdiyimiz təxribatlarla cavab verdi".

Bunu Sonxeber.az-a olan açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən deyib.

"Əlbəttə ki, Ermənistanın bu əməli ordumuz tərəfindən cavabsız qalmadı. Bizə hücum edən düşmənin hərbi birləşmələri darmadağın edildi. Təəssüf ki, "Qətiyyətli cavab" əməliyyatında şəhidlər də verdik. Bu gün bütün xalqımız şəhidlərimizi böyük ehtiramla yad edir, dövlətimizin keşiyində dayanan hərbiçilərimiz üçün dualarını əsirgəmir. Bir sözlə, xalqımızın ürəyi düşmənlə üz-üzə dayanan əsgərlərimizlə döyünür. Eyni zamanda, bugünlər Azərbaycan xalqı və cəmiyyəti sarsılmaz birlik və həmrəylik nümayiş etdirir.
Amma bu proseslər fonunda yenə də radikal müxalifət ünsürləri xalqımıza, dövlətimizə və qəhrəman ordumuza dönük çıxdı. Hazırkı məsuliyyətli və taleyüklü günlərdə Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimiləri az qala rəsmi Yerevan və onun məlum havadarlarının mövqeyi ilə üst-üstə düşən bəyanatlar, çıxışlar və çağırışlar səsləndirir və bu çirkin əməllər haqlı olaraq xalqımız tərəfindən hiddət və qəzəblə qarşılanır. Məsələn, adını "ziyalı" qoyan Altay Göyüşovun mövqeyi Paşinyanın mövqeyindən heç nə ilə fərqlənmir. Çünki ikisi də Azərbaycanı "təcavüzkar" hesab edir.
Bundan əlavə, Qubad İbadoğlu adlı ünsür sosial şəbəkələr üzərindən etdiyi paylaşımlarda mövcud vəziyyəti təhrif edərək günahı Azərbaycanın üzərinə atmağa, torpaq uğrunda canlarını qurban vermiş şəhidlərdən istifadə edərək siyasi divident qazanmağa çalışır. Məqsəd isə ölkə daxilində müəyyən qarşıdurma yaratmaqdır. Ermənilərlə həmrəylik nümayiş etdirən digər milli satqın isə AXCP sədri Əli Kərimlidir. Əslində, ötən illər ərzindəki fəaliyyəti dövründə Ə.Kərimli satqınlığını dəfələrlə sübut edib. Amma o, indiki hadisələrdən yararlanaraq bu "statusunu" daha da gücləndirməkdədir. Üstəlik, AXCP sədri düşmən ordusunun məhv edilmədiyini, Ermənistanın kapitulyasiyaya məruz qalmadığını, Qarabağ məsələsinin bitmədiyini iddia edəcək dərəcədə siyasi riyakarlıq və məsuliyyətsizlik nümayiş etdirir.
Maraqlıdır ki, bu ünsürlər təxribat törədən Ermənistanı yox, Azərbaycan dövlətini ittiham edirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyinin isə xətrinə dəyəcək bir kəlmə də işlətmirlər. Əslində, Ermənistan bir daha dünya ictimaiyyətinin gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır. Məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır. Ermənidən artıq ermənilik edən ünsürlər bu reallıqları Paşinyandan da yaxşı bilirlər.
Əslində, bu milli xəyanətkarlar siyasi cəhətdən ölüdürlər. Nə qədər xain xislətli olasan ki, vicdansızcasına, haqsızcasına, 44 günlük Vətən müharibəsindəki qələbəyə kölgə salasan, torpaq uğrunda canlarını qurban verən şəhidlərimizin ruhuna hörmətsizlik edəsən, müzəffər Ali Baş Komandanımızın imicinə, qətiyyətinə zərbə vurmağa çalışasan! Bütün cəmiyyətimiz bu ünsürlərin şərəfsizliyini görməlidir.
Hər zaman olduğu kimi, onlar düşmənin mövqeyini müdafiə, Paşinyandan artıq ermənilik, Koçaryandan artıq revanşistlik, Arutyunyandan artıq separatçılıq edərək özlərini ikrah, qınaq və nifrət obyektinə çevirirlər. Bu çirkin yolla "ölü siyasətçilər" olaraq özlərini siyasi səhnədə diriltməyə çalışırlar. Amma xalqımız hər zaman ayıq-sayıqdır. Xalqımız, ədalətin, işğal və işğaldan qurtulmağın nə demək olduğunu, dövləti necə qorumağı çox yaxşı bilir. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək həm xarici, həm də daxili düşmənlərimizi yox etmək qüdrətindədir. Bütün vətəndaşlarımız hər zaman möhtərəm Prezidentimizin, şanlı Ordumuzun yanındadır"!!!
Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6258   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr