Paşinyanı SƏRSƏMLƏMƏYƏ bunlar vadar edibmiş - TƏFƏRRÜATLAR

Paşinyanı SƏRSƏMLƏMƏYƏ bunlar vadar edibmiş - TƏFƏRRÜATLAR"Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün iki fərqli açıqlama ilə çıxış etməsi onun psixoloji durumundan xəbər verir. Bu insan ölkəni emosional şəkildə idarə edir. Yumşaq desək, Paşinyan psixoloji durumunu tənzimləməkdə çətinlik çəkir. Ona görə də qarışıq emosiyalar onun hərəkətlərində üstünlük təşkil etməkdədir".

Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, bir çox hallarda ölkə rəhbərinin emosional fonlu dövlətin siyasətinə mənfi təsir göstərib:

"Nikol Paşinyanın siyasətini qarışıq emosiyalar, düşünülməmiş addımlar müəyyənləşdirir. Yeri gəlmişkən, biz onun bu kimi davranışlarını 44 günlük müharibədən öncə də görmüşük. Nə qədər boş vədlər verib. "Qarabağ Ermənistandır və nöqtə" fikrini səsləndirmişdi. Həmin bəyanatlar indi tarixin "zibil qutusu"ndadır. Çünki reallıq öz sözünü deyir. Onun "Zəngəzur dəhlizi olmayacaq" ifadəsi də emosional davranışlarına dayanır. Eyni zamanda, reallığı əks etdirmir. Ona görə ki, Zəngəzur məsələsi artıq həll olunub. Bunu ictimaiyyət də bilməlidir. Zəngəzur dəhlizi məsələsi Paşinyanın nə deməsindən asılı olmayaraq, öz həllini tapıb. Aparıcı aktorlar Zəngəzur dəhlizinə yaşıl işıq yandırıblar. Bu artıq Paşinyandan asılı məsələ deyil. Dəfələrlə prezidentimiz də bu barədə öz fikirlərini ictimaiyyətə çatdırıb. Bununla bağlı Nikol Paşinyanın üçtərəfli bəyanatda da imzası var".

İlqar Vəlizadənin sözlərinə görə, hazırda Zəngəzur dəhlizi ilə bağlı Rusiya və Türkiyə tərəfi də danışıqlar aparırlar:

"Bu istiqamətdəki danışıqları Rusiya və Türkiyə ona görə aparır ki, ortada fakt var. Çünki real məsələləri müzakirə edirlər. Ermənistan isə bu məsələdə söz sahibi deyil. Bunu izah etməyə də ehtiyac yoxdur. Nikol Paşinyanın son açıqlamaları daxili auditoriyaya hesablanıb. Digər tərəfdən, biz görürük ki, Ermənistanın baş naziri siyasi meydanı idarə etməkdə acizdir. O, populistdir və meydan siyasətçisidir. Meydanda iqlim və hava dəyişiləndə Paşinyan da barometr kimi öz fikirlərini dəyişir. Əlbəttə, bunun adı qorxu hissidir. Görürük ki, baş nazir kimi cəmiyyətlə açıq söhbət edə bilmir. Yəni, Paşinyan cəmiyyəti sülhə hazırlamağı bacarmayıb. Yəni, onun siyasi partiyası cəmiyyəti öz platformasına uyğunlaşdıra bilməyib. Reallıqları cəmiyyətə olduğu kimi çatdırmaqdan qorxublar. Son nəticədə 13-14 sentyabr məğlubiyyəti onun vəziyyətini daha da pisləşdirdi. Bu məğlubiyyət təkcə hərbi müstəvidə deyil, həm də siyasi müstəvidə yenilmə anlamına gəlir. Heç kim Ermənistanı dəstəkləmədi. Bir-iki satın alınmış siyasətçi səsini çıxardı. Amma aparıcı siyasətçilər, güc mərkəzləri Ermənistana dəstək vermədilər".

Politoloq bildirib ki, BMT və KTMT də ümumi bəyanatlar verməklə kifayətləndilər:

"Digər tərəfdən, Ermənistan KTMT ilə yanaşı, Rusiyaya da rəsmi müraciət ünvanlayıb. Artıq şifahi yox, rəsmi şəkildə… Söhbət Ermənistanın Təhlükəsizlik Şurasının rəsmi şəkildə Rusiyaya ünvanladığı yazılı müraciətdən gedir. Xahiş ediblər ki, Rusiya Ermənistana dəstək versin. Üzərindən 3 gün keçib. Amma indiyə qədər Rusiya rəhbərliyi Ermənistana heç bir rəsmi cavab verməyib. Peskovun açıqlamaları isə rəsmi cavab deyil. O, şifahi olaraq öz fikirlərini səsləndirib. Bu o deməkdir ki, Ermənistanın xarici siyasəti artıq fiaskoya uğrayıb".

"Nikol Paşinyanın son açıqlamaları döyüş meydanında yenidən gərginliyə səbəb ola bilərmi?" – sualına İlqar Vəlizadənin cavabı birmənalı olub:

"Yox, səbəb ola bilməz. Ona görə ki, biz artıq döyüş meydanındakı uğurumuzu təsdiqləmişik. Biz lazım olan obyektləri nəzarətə götürmüşük. Bizə artıq heç nə lazım deyil. Hazırda orada xüsusi işlər də aparılır. Bizə başqa heç nə lazım deyil. Ermənistan isə döyüş əməliyyatlarına başlamağa cəhd də göstərə bilməz. Çünki hərbi məğlubiyyət göz önündədir. Diplomatik yenilmə də ortadadır. Artıq hamı öz sözünü deyib. Paşinyan görür ki, heç kəs ona dəstək vermir. Digər tərəfdən, Ermənistanın daxilindən də ona basqılar var. Daxildə də sabitlik pozulub. Ona görə də bu cür emosional çıxışlar edir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2552   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı

Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb

18 oktyabr
.

Meksikada üç turistin qətlinə görə şok hökm

Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları

18 oktyabr
.

Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Bakıdakı səfiri Dunkan Norman Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, səfir təbriki "X" sosial şəbəkə hesabında paylaşıb. "Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasını

18 oktyabr
.

Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar

Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk

18 oktyabr
.

Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb

Şotlandiya Milli Partiyası (SNP) Şotlandiyanın Böyük Britaniyadan müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsinə hazırlıq məqsədilə kampaniyaya start verib. "Report" xəbər verir ki, bunu partiyanın lideri, Şotlandiyanın birinci naziri Con Suinni Aberdində keçirilən SNP qurultayını

18 oktyabr
.

İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı

Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind

17 oktyabr
.

Əraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fikir ayrılıqlarının həllində daha ciddi rol oynamalıdır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Tasnim" əməkdaşının müvafiq sualına cavab verərkən bildirib. Əraqçi təşkilatın İslam dünyasının məsələlərinə dah

18 oktyabr
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

18 oktyabr