"Biz məktəbli uşaqlarla ağlı kəsməyən çağa kimi davranırıq" - Psixoloq

"Biz məktəbli uşaqlarla ağlı kəsməyən çağa kimi davranırıq" - PsixoloqBu gün 15 sentyabr Bilik günüdür. Birinci siniflər məktəbə qədəm qoydular. Lakin bəzi uşaqlar məktəbə adaptasiya olmaqda çətinlik çəkirlər. Uşaqların məktəbə daha tez adaptasiya olması üçün hansı mərhələlərdən keçməlidirlər?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən uşaq psixoloqu Əfsanə Rüstəmova bildirib ki,burada əsas məsələ məktəbin və müəllimin üzərinə düşür:

"Məktəb yaş dönəmi uşaqların özünü tanımağa başladıqdan sonra olduğu üçün uşaqları formalaşdırmaqda müəllimlər çətinlik çəkirlər. Bu o deməkdir ki , 6, hətta 7 yaşlı uşaqlar öz məni, öz şəxsiyyətini formalaşdırıb məktəbə qədəm qoyurlar. Fərqli ailələrdən gələn uşaqları müəllimlər nizamlaya, özlərinə tabe edə bilmirlər. Öncəliklə onu qeyd edim ki, təhsil nazirinin də qeyd etdiyi kimi təhsil dönəminin daha erkən yaşa, yəni 5 yaşda, müəllimlərin uşaqlara müdaxilə edə biləcəyi yaşda başlamağı çox məqsədə uyğundur. İkinci və daha böyük problem bundan ibarətdir ki, nə məktəbəqədər, nə məktəb mühiti bir qurumun nəzarətindədir. Yəni onların işi ölçüləbilən deyil. Bağçada qapalı qapılar arxasında uşaqlara nə və necə öyrədilir, necə rəftar edilir ki, onlar məktəbə gələndə bu cür problemlərlə üzləşirlər. Digər tərəfdən valideynlərin uşaqlara məktəb haqqında düzgün məlumat verməməsi, valideynin özünün məktəbdə davranış haqqında tam informasiyası olmaması problem yaradır.
Uşaqların təhsil mühiti anlayışının yaranması üçün hər hansı kursun olması tövsiyə olunandır, amma məcburiyyət deyil. Bu, məktəbə adaptasiyadan daha çox uşağın 45 dəqiqə tabe olub oturma məsələsidir. Bunu kurs 15-20 dəqiqə və ya yarım saat olaraq formalaşdırır deyə məktəbdə uşağın gözünə 45 dəqiqə çox görünmür. Amma təhsil mühiti,kurs görməyən uşaqlar üçün ilk dəfədən bu qədər uzun müddətli oturmaq böyük probllem yaradır. Bir nüansı da qeyd edim ki, biz məktəbli uşaqlarla ağlı kəsməyən çağa kimi davranırıq. Onların öz şəxsi mövqeyinin, xarakterinin olduğunu nəzərə almırıq və bu baxımdan onlara individual yanaşa bilmirik. Müəllim sürü psixologiyası ilə birini idarə edə bilirsə, hamısının bu cür olmasını istəyir. Burada mən məsələyə daha böyük aspektdən baxanda valideynləri günahlandıra bilmirəm, çünki ailələr fərqli təcrübə, mentallıq, təhsil durumlarından formalaşırlar. Onlardan ortaq davranış gözləmək qeyri-realdır. Ona görə burada əsas məsələ məktəbin və müəllimin üzərinə düşür. Çünki təhsilli olan, bu işin peşəkarı müəllimdir. Belə olduğu halda müəllim valideyni təhsilin işitirakçısı kimi yox, təhsildə öyrənən kimi nəzərdə tutub ailəni istiqamətləndirməlidir. Texnologiyadan çox istifadə edən uşaqları dərs sistemi ilə həyəcanlandırmaq, uşağı ram etmək çətin məsələdir, hətta qeyri-mümkündür. Çünki sadəcə ətrafımdakı təcrübədən danışmıram, profesional olaraq 10 ildən artıqdır bu işi yerinə yetirirəm və müəyyən kateqoriyadan insanlarla işləyirəm. Onların maddi və təhsil səviyyələri fərqlidir. Mən görürəm ki, hər birində oxşar və fərqli problemlər var. Məsələ ailədən yox, təhsil səviyyəsindən müəllimlərin, məktəbin təhsilə yanaşmasındakı problemdən qaynaqlanır. Çox istərdik ki, sinifdə daha az uşaq olsun və hər uşağa individual yanaşılsın. İstər dövlət məktəblərindəki siniflərdə uşaq sayı, istər uşaqların daha azad ruhda olması və müəllimlərin bunu birmənalı qəbul etməməsi, valideynə, uşağa basqı göstərməsi məktəbi dözülməz bir yerə çevirib. Valideynlərdən "yenə bu məktəb başladı" ifadəsini tez-tez eşidirik. Məktəb sadəcə uşaqda yox valideyndə də aqressiya və nifrət yaradıb. İnsanlar sevmədiyi yerə tabe ola bilmirlər".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2260   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

65 yaşadək şəxslərə şans: 1350 MANAT VERİLƏCƏK

Bakıda avtobus sürücüsü vakansiyası elan edilib. Namizədlərə 1350 manat (gross) maaş, növbəli iş rejimi və əlavə güzəştlər təklif olunur. Ölkə.az xəbər verir ki, bu barədə "Baku Bus" MMC-dən məlumat verilib. Vakansiya üzrə namizədlərdən 65 yaşadək olmaq, D kateqoriyalı sürücülük vəsiqəsin

17 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr