Azərbaycanın rəşadətli Ordusu öz gücünü bir daha nümayiş etdirdi

Azərbaycanın rəşadətli Ordusu öz gücünü bir daha nümayiş etdirdi44 günlük Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə bölgədə baş verən hadisələrin gedişinə nəzər saldıqda Ermənistanın dəfələrlə atəşkəsi pozduğunu, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Brüssel görüşlərinin keçirildiyi ərəfələrdə, yaxud başa çatdıqdan sonra təxribatlara daha çox can atırlar. Bu il avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulmasını və bu cinayətlər əsasında yaranan gərginliyi, Azərbaycan Ordusunun qanunsuz erməni dəstələrinə qarşı keçirdiyi "Qisas" əməliyyatı yaddaşımızdadır. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyə qarşı atılan hər bir addımın qarşısı qətiyyətlə alınır. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, "Dəmir yumruq" yerindədir. Ermənistanda revanşist qüvvələr baş qaldırarsa 44 günlük İkinci Qarabağ müharibəsində aldıqları dərsi unutmamalıdırlar.
"Qisas", daha sonra isə "Qətiyyətli cavab" əməliyyatları deyilənlərin təsdiqidir. Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünü, qüdrətini, hər zaman ərazi bütövlüyümüzün, suverenliyimizin qarantı kimi torpaqlarımızın müdafiəsinin keşiyində ayıq-sayıq dayandıqlarını nümayiş etdirdilər. Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatlar bu gün dünya mətbuatında geniş yer alır. Ermənistan bir daha hansı məqsəd naminə çalışdığını nümayiş etdirdi. Həmin gecə və ondan sonrakı günlərdə törədilən təxribata Azərbaycanın cavabı Ermənistana növbəti mesaj və xəbərdarlıq xarakteri daşıyır. Ermənistan silahlı qüvvələrinin bölmələrinin D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam etmələri işğalçı dövlətin müharibə planlarının təqdimatıdır.
Ordumuzun cavab tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində atəş açdığı bütün hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın edildi. Bu zaman Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 kompleksinia atıcı qurğusu, radiolokasiya stansiyası, 400 nəfərdən çox canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla döyüş məntəqəsi məhv edildi.
Hər zaman özlərinə haqq qazandırmağa çalışan Ermənistan rəhbərliyi, Ermənistan mətbuatı tərəfindən Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyasıdır. Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribati ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bir daha qeyd olunur ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısı qətiyyətlə alınacaq.
Dünya gücləri Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribatlardan narahatlıqlarını Prezident İlham Əliyevə telefon zənglərində ifadə ediblər. ABŞ, Fransa, Rusiya və bir sıra başqa dövlətlərin rəhbərləri ilə telefon danışıqlarında dövlət başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü onların diqqətinə çatdırıb. Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tələbləri pozan Ermənistandır. Son iki ilə yaxın dövr ərzində "Dəmir yumruğ"un verdiyi dərsləri unutmaq istəyən Ermənistan "Qisas" və "Qətiyyətli cavab" əməliyyatlarından növbəti mesajlarını aldı. Artıq işğalçı dövlət seçim qarşısındadır: ya ona verilən şansdan bəhrələnməli, ya da "Dəmir yumruğ"un davamlı dərslərini almalıdır.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2986   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021