"Baş prokuror, cənab nazir olan yerdə mən kim idim ki?" - MTN işində son sözlər

"Baş prokuror, cənab nazir olan yerdə mən kim idim ki?" - MTN işində son sözlərLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Mövlam Şıxəliyevə son söz verilib. O, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin ona qarşı qərəzli mövqedə dayandığını bildirib:

"Mənə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham verilib, halbuki həmin maddələr üzrə cəlbetmə müddəti bitib və buna görə də həmin maddələr üzrə ittiham xitam olunmalıdır. 182-ci (hədə qorxu ilə tələb etmə) maddə üzrə ittiham saxtadır, mən zərərçəkənlərdən heç birinə hədə-qorxu gəlməmişəm. Onlar sadəcə mənim xahişlərimi hədə-qorxu kimi anlayıblar.

İstintaq Baş İdarəsində çıxarılan hər bir qərar 24 saat ərzində baş prokurora məruzə olunub. Cinayət işinin başlanması, ittiham aktının təsdiqlənməsi onun səlahiyyətində olub. Mən MTN İstintaq Baş İdarəsinin rəisi olaraq verilən tapşırıqları müstəntiqlərə çatdırmışam və icrasına nəzarət etmişəm. İstintaq Vüsal Ələkbərovun, Yasin Məmmədovun 8 milyon dollar pul alması qənaətinə gəlib. Lakin həmin pulu kimə verdikləri haqda suala cavab verilməyib. 8 milyonu biz yox, Ziyad Səmədzadə alıb. Buna baxmayaraq, Ziyad Səmədzadə bu günə qədər dindirilməyib. Bu gün də məlum deyil ki, Ziyad Səmədzadə həmin pulu kimə verib?"
"Baş prokuror, cənab nazir olan yerdə mən kim idim ki?" - MTN işində son sözlərBundan sonra təqsirləndirilən Yasin Məmmədov son söz deyib. O, ittiham olunduğu cinayətlərlə bağlı sübut bazasının olmadığını bildirib:

"MTN-in dörd bir tərəfi və binanın daxilində hər qarış yer kamera nəzarətindədir. Belə bir halda İbrahim Zeynalovun 8 milyon dolları gizli şəkildə MTN binasına gətirərək mənə verməsi mümkün deyil. 8 milyon Ziyad Səmədzadəyə çatıb. Ziyad Səmədzadə İbrahim Zeynalova 3 milyon dollar kredit almaqda köməklik edib. Mən MTN-in İstintaq Baş İdarəsində heç kim idim. Baş prokuror, onun birinci müavini, İstintaq Baş İdarəsinin rəisi, cənab nazir olan yerdə mən kim idim ki, qərar verəm? Bu adamların hər biri istintaqa nəzarət edən, gedişatını nəzarətdə saxlayan vəzifəli şəxslər idi. Hər bir qərar Baş Prokurorluqda müzakirə edilirdi, təsdiq olunurdu, razılıq verilirdi, biz də işimizi görürdük. Zərərçəkənlərin maddi durumlarında çətinlikləri var. Gəlin köməkləşək, Əfsəl Həsənəliyevin banka borcunu bağlayaq. Balalarımı yetim, atasız, evsiz-eşiksiz qoymayın. Xahiş edirəm ki, barəmdə bəraət hökmü çıxarasınız".

Digər təqsirləndirilən Sahib Ələkbərov da son sözündə ittihamları qəbul etmədiyini deyib:

"Hazırda iş üzrə zərərçəkən statusunda olan şəxslər barəsində məhkəmələrin çıxardığı hökmlər qüvvəsindədir. Belə olan halda onların şikayət etmək haqları yoxdur. Buna baxmayaraq, prokurorluq onların şikayətini qəbul edib. Bu, açıq-aşkar prokurorluğun bizə qarşı qərəzli mövqe tutduğunu göstərir. Mən İstintaq Baş İdarəsində icraçılardan biri olmuşam. Əgər mən məhkum olunaramsa, mənimlə birgə istintaqını apardığım işlər üzrə prokurorlar, hakimlər, məhkəmə tibb ekspertləri də məhkum edilməlidirlər. Belə olan halda məni məhkum etmək qanunsuzdur. Hüquq elmində belə şey yoxdur ki, hökm ləğv edilməmiş həmin hökmün əsaslandığı cinayət işinin istintaqını aparmış müstəntiqə ittiham verilsin. Dünyanın heç bir yerində belə ittiham verilmir. Baş Prokurorluğun İstintaq Baş İdarəsi mənə qarşı qərəzli mövqe tutub və süni qaydada ittiham yaratmaqla məhkəməyə yollayıb. Xahiş edirəm ki, mənə bəraət verilsin".

Təqsirləndirilən Vüsal Ələkbərov isə daha əvvəl 4 il həbsdə yatdığını, vəziyyətinin ağır olduğunu deyib:

"Bütün əziyyətlərim vətənə fəda olsun. Azərbaycan türməsinin divarları mənə doğmadır. Başıma açılan bu oyunların bir səbəbi var, o da, hörmətli Mövlam Şıxəliyevə rahatca ittiham verilməsidir. Özümü günahkar saymıram, barəmdə bəraət hökmü çıxarılmasını istəyirəm".

Proses sentyabrın 20-də davam etdiriləcək. Həmin prosesdə təqsirləndirilən şəxslər barəsində hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, prokuror Mövlam Şıxəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 15 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası verilməsini istəyib.

İttihama görə, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1444   Tarix: 16 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr