"Erməni xalqı Paşinyanın insanları qırğına verdiyini anlayır, buna görə də..." - Deputat

"Erməni xalqı Paşinyanın insanları qırğına verdiyini anlayır, buna görə də..." - DeputatXəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı düşmənin 50-dən çox döyüş mövqeyi və hakim yüksəkliklər nəzarətə götürülüb, 450 hərbçisi məhv edilib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycanın Müzəffər Ordusu şəhidlərimizin qisasını alaraq bizə qələbə sevincini yaşatmaqda davam edir:

"Ermənistan son təxribatları ilə bir daha öz xislətini ortaya qoymuş oldu. Təəssüf ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozaraq regionda yenidən vəziyyəti gərginləşdirməyə çalışır. Heç kəsə sirr deyil ki, Ermənistan maşası olduğu qüvvələrin sifarişini icra edir. Erməni xalqı da Paşinyanın ona verilən tapşırığı icra etmək üçün insanları qırğına verdiyini anlayır. Məhz buna görə də daxildə ona qarşı aksiyalar və mitinqlər keçirilməkdədir. Paşinyan sülh müqaviləsinin imzalanmasını gecikdirməklə Ermənistanın bir dövlət kimi varlığını şübhə altına atmaqdadır".

Deputat vurğulayıb ki, düşmən və onun havadarları "Dəmir yumruğ"un yerində olduğunu unutmamalıdırlar:

"Erməni terrorçu dəstələri törətdikləri hər təxribatın cavabını ağır alacaqlar. Azərbaycanın Müzəffər Ordusunun mərd oğulları hər bir şəhidimizin intiqamını alaraq, düşməni döyüş meydanında darmadağın edir, onlara layiq olduqları dərsi verirlər. Ermənistan və havadarları unutmasınlar ki, Azərbaycan 1990-cı ildə olduğu kimi gücsüz və başsız deyil. Dövlətimizin güclü lideri, Ali Baş Komandanı var. Cənab Prezident İlham Əliyevin ölkə başçısı seçildiyi gündən ordu quruculuğu sahəsində apardığı islahatlar, atdğı addımlar sayəsində 30 il öncə ayaqyalın öz dədə-baba torpaqlarını tərk edən oğullarımız tank belində qalib ordunun və ölkənin nümayəndəsi kimi daxil oldu. Bundan böyük sevinc və qürur ola bilməz! Bu qüruru, sevinci bizə yaşadan Ali Baş Komandana, mərd oğullarımıza, ərazi bütövlüyümüz uğrunda canını və sağlamlığını qurban verən şəhid və qazilərimizə təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2013   Tarix: 16 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir. Bu ilin oktyabr ayınd

18 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

17 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr