Baş direktor Xaçmaz və Şabran rayonlarında görülən işlərlə tanış olub - VİDEO
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qazlaşdırılma işləri ilə yaxından maraqlanmaq məqsədi ilə Xaçmaz rayonuna səfər edib.
Sonxeber.az xəbər verir ki, baş direktor Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Oruclu ilə birlikdə rayonun Maqsudkənd kəndində görülən işlərlə tanış olub. Birlik rəhbərinə məlumat verilib ki, küçə qaz xətlərinin çəkilməsi üçün layihə üzrə 20 km uzunluğunda polad və polietilen borularla xəttin çəkilməsi nəzərdə tutulub ki, artıq işlər tamamlanmaq üzrədir. Birlik rəhbəri səfər çərçivəsində Birlik əməkdaşlarının iş şəraiti, onların qayğıları ilə yaxından maraqlanıb.
Daha sonra bir qrup Birlik əməkdaşı baş direktor tərəfindən SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
Ruslan Əliyev Şabran rayonunun Ərəblər kəndinin küçə qaz xətlərinin çəkilməsi işləri ilə də tanış olub. Baş direktor Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ilə birgə kəndə baxış keçiriblər. Qazlaşdırılma işləri üçün uzunluğu 5545 m olan polad və polietilen borulardan istifadə olunduğu və artıq son olaraq boya işlərinin görüldüyü diqqətə çatdırılıb. Baş direktor Birlik əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirərək, onlara təşəkkür edib. Bu ünvanda da bir qrup Birlik əməkdaşı baş direktor tərəfindən SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
Daha ətraflı:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1359 Tarix: 16 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021