Şəhid Amin Qəfərlinin anası: "Komandiri ilə birgə şəhadətə yüksəlib"
Müdafiə Nazirliyinin açıqladığı 77 nəfərlik siyahıda 18 yaşlı iki şəhidimiz var. Onlar 2004-cü il təvəllüdlü İbrahim Şöhrәt oğlu Hәsәnov və Amin Rasim oğlu Qəfərlidir.
Əslən Zəngilan rayonunun Zərnəli kəndindən olan Amin Qəfərli Bakı şəhərində doğulub.
"Amin hər bir məsələdə özünü irəli atırdı. Elə xidməti tapşırıqlarını da yerinə yetirəndə mərdliyini nümayiş etdirib", - bu sözləri Bizim.Media-ya şəhidimizin anası Natəvan Qəfərli deyib.
Şəhidin həyat yolundan bəhs edən ana 18 yaşlı oğlunun necə vətənpərvər, cəsur və qürurlu olduğunu dilə gətirib:
"5 ayın əsgəri idi. Aprelin 1-də hərbi xidmətə yola saldım. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün könüllü ərizə yazmışdı. "Vətəni layiqincə qoruyacam" deyirdi. Çox az-az danışırdıq. Atası Aminlə ən son sentyabrın 11-də danışmışdı.
"Hər şey yaxşıdır, gedirik" dedi ən son... Ayın 13-ü Laçında şəhid oldu. Çox aktiv idi. Sadəcə məktəbdə geri qalırdı. Özü oxumurdu. Sanki şəhid olacağını bilirdi. Mənə məlumat verdilər ki, komandiri ilə bir yerdə şəhid olub. Onunla bir yerdə özünü irəli atıb. Mənim oğlum həmişə irəlidə olmaq istəyirdi. Çox deyirdim ki, bala heç olmaya, bir qədər ortada get. Əsəbləşirdi".
Ana gələcək arzularını da dilə gətirib. O deyib ki, yeganə istəyi Xankəndini və Xocalını azad görməkdir:
"Ölənə kimi onu görüm ki, Xankəndi, Xocalı, Göyçə gölü hamısı azaddır. Mən ölməmiş onu görüm. Gecə saat 4-ə qədər qazilər gəlib.
Mərd oğlanlarımız çoxdur. Narahatlığım içimizdə şərəfsizlərin olmasıdır. Belələri aradan çıxsa, yaxşıdır".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Amin Rasim oğlu Qəfərlinin nəşi sentyabrın 15-də Bakıya gətirilib. Amin Qəfərli ilə Bakıda yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhidin cənazəsi dəfn edilmək üçün II Fəxri xiyabana gətirilib və orada dəfn edilib.








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1655 Tarix: 17 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə
16 oktyabrAzərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrTarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib
17 oktyabrNazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
18 oktyabrPensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
17 oktyabrBakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils
18 oktyabrMetrodan istifadə edənlər azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y
17 oktyabr