"Bütün bunlar Azərbaycan diplomatiyasının qələbəsidir"- DEPUTAT

"Bütün bunlar Azərbaycan diplomatiyasının qələbəsidir"- DEPUTAT"Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan və Rusiya Federasiyasının Prezidentləri İlham Əliyevlə, Vladimir Putin arasında görüş baş tutdu".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, görüş, kifayət qədər konstruktiv şəraitdə keçdi və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu:

"Hər iki dövlət Başçısı əvvəllər əldə olunmuş razılıqların icra vəziyyətinə, ticarətdə mal dövriyəsinin artmasına diqqət çəkməklə, münasibətlərin yüksələn templə inkişaf etdiyini bildirdilər. Cənab Prezident sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistanın sərhəddə törətdiyi genişmiqyası təxribatlardan sonra atəşkəs barədə razılığın əldə olunmasında Rusiyanın rolunu vurğuladı. Öz növbəsində Vladimir Putin, toqquşmaların Qarabağa aidiyyətinin olmadığını bildirdi.

Burada xüsusi diqqət çəkən məqam təxribatlardan sonra, Ermənistan baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətində Qurumun dərhal müdaxiləsini tələb etdi. Lakin, Dövlət Başçılarının iştirakı ilə videoformatda keçirilən görüşdə gözlədiyi dəstəyi almadı. KTMT sadəcə, Ermənistana nümayəndə heyəti göndərməklə, başa saldı ki, sən hələ sərhədlərini müəyyənləşdirməmisən, qeyri-qanuni problemlərinı həll etmək üçün qoşun tələb edirsən. Bu isə, Mümkün olan məsələ deyil. Ələlxüsus, Ermənistanı çıxmaq şərtilə KTMT-a üzv olan ölkələrin hər birinin Azərbaycana, şəxsən Prezident İlham Əliyevə qarşı dostluq münasibətləri var. Ona görə də, lazımi dəstəyi almayan ermənilər, həm Rusiyadan, həm də digər müttəfiqlərindən küsdülər.

Deputat vurğulayıb ki, Ermənistanın yalvarışları ilə, Fransa prezidenti Makron BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı:

Dünən keçirilən iclasda da ölkəmiz əleyhinə hansısa qətnamə, sənəd qəbul edilmədi. Bütün bunlar Azərbaycan diplomatiyasının qələbəsidir. Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, uzaqgörən, dəqiqliklə ölçülüb-biçilmiş siyasətinin nəticəsidir. Düşmən həm hərb meydanlarında, həm də diplomatik masada məğlub olubdur. Ermənistanın ən böyük problemi onun müstəqil dövlət olmamasında, havadarlarına arxalanaraq "maşa" rolunu oynamasında, eyni vaxtda müxtəlif stullarda oturmağa cəhd etməsində, haqq-ədaləti inkar etməsindədir. Haqq-ədalət isə, Azərbaycanın tərəfindədir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 813   Tarix: 17 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr