"Şəhidlərin sayından yox, əldə edilmiş nəticədən danışaq" - Mirşahin Ağayev
"Ssenari həminkidir. Azərbaycan ərazi bütövlüyünün daha etibarlı təminatı naminə uğurlu əks-həmlə əməliyyatı keçirib, Ermənistanla sərhəddə, demək olar ki, bütün hakim yüksəkliklərə nəzarət imkanı qazanıb. Bu, Gələcəyimizin Qələbəsidir! Ermənistan əsgərləri sərhədlərimizdə posta çıxmaqdan artıq nümayişkaranə surətdə imtina edirlər. Ermənistan, özünün 12-14 sentyabr təxribatı zamanı məhv edilmiş hərbçilərinin cəsədlərini öz sərhədlərindənsə yığıb-yığışdırmağa macal və cəsarət tapmır. Düşmən ordusu sarsıdıcı zərbə alıb! Texnikasının, canlı qüvvəsinin mühüm hissəsini itirib. Əslində bu gün mediada əsas gündəm bu olmalıdır. Biz bu Böyük Tarixi Uğura qol, baş, ürək qoymuş Şəhidlərimizin uca məqamından bəhs etməli, onların öz şəhadəti ilə daha da dəyərləndirdiyi Dövlətimizi, Azərbaycan qarşısında hər birimizin daşıdığı məsuliyyəti düşünməliyik. Amma məqsədli və özü də qara məqsədli bir şəkildə söhbəti "şəhid qardaşı" mövzusuna dəyişənlər, Zəngəzur dəhlizinin reallaşması üçün Azərbaycanın apardığı işləri görməzliyə vuraraq 34-35-ci dərəcəli məsələlər ətrafında qeybət edənlər öz ampluasındadır".
Sfera.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, Qubad İbadoğlu, Əli Kərimli, Sevinc Osmanqızı və başqa bu tipli "yaramazların" üzərinə getmək, əyyaş pasifizmi, psevdoinsansevərlik kimi ziyanlı, vətəndaşı vətənə qarşı qoymağa hesablanmış meyillərlə mübarizə aparmaq əvəzinə "Filankəsin üzrxahlıq videosunu kim çəkdi? Kim yaydı?" tək düşük suallara cavab axtarırlar:
"Guya şəhid qardaşı öz təşəbbüsü ilə və müxtəlif səbəblərdən üzr istəyə bilməzdi?! Dostlar, yaxşısı budur, gəlin Zəngəzur yolunda əldə edilmiş uğurlu strateji nəticə haqqında düşünək. Ciddi təhlil aparaq. Daha uzağı görməyə çalışaq. Yox, darıxsaq, bir şəhid ailəsinin qapısını döyək. Allah verəndən pay aparaq. Daha özümüzdən alicənablar alicənabı düzəldib, mələk qiyafəsinə girməyə çalışmayaq. Şəhidlərin sayından yox, əldə edilmiş nəticədən danışaq. Onların valideynlərinin yaralı bağrını hiss edək! Bəsdir, quşəppəyi təfəkkürü ilə, balıq şüuru ilə sosial şəbəkədə meydan suladıq. Dünən Şuşaya 30 illik məsafədən boylanırdıq. Bu gün Göyçənin 3 kilometrindəyik! Başa düşürsünüz?"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5205 Tarix: 17 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə
16 oktyabrAzərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabrAzərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18 oktyabrTarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib
17 oktyabrNazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
18 oktyabrPensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
17 oktyabrBakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils
18 oktyabrMetrodan istifadə edənlər azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y
17 oktyabr