Vətən müharibəsi qazisi: Qələbə Ordumuzun mənəvi haqqı, Zəfər isə xalqımızın taleyidir

Vətən müharibəsi qazisi: Qələbə Ordumuzun mənəvi haqqı, Zəfər isə xalqımızın taleyidirVətən müharibəsindən sonra nanəcib qonşularımızın dərs alacağına, bir daha təxribat və hücumlara yol verməyəcəyinə dair içimizdə az da olsa ümid yaranmışdı. Çünki 10-15 nəfərin qarşısından silahını atıb qaçan yüzlərlə hərbçisi, döyüşmək üçün zəncirlənən əsgəri olan ölkənin hücuma cəhd etməyəcəyinə inanmaq istəyirdik. Lakin görünən odur ki, revanşist qüvvələr kiminsə şirin yalanına ümidlənərək təxribatlar törətməyə davam etdilər. Hansısa qüvvələrin əlində oyuncaq olan Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti rüsvayçılığın altına imza atdı. Ermənistan hakimiyyətinin Azərbaycanın sülh çağırışlarına məhəl qoymaması, Tovuz döyüşlərinin analogiyası olan təxribatlar törədərək yeni mövqelər əldə etmək niyyəti ölkəmizi öz təhlükəsizliyini təmin etmək üçün adekvat addımlar atmağa vadar etdi. Nəticədə itirən tərəf yenə də onlar oldular. Azərbaycan Ordusu düşmən üzərində növbəti qələbəsini qazandı. Həmçinin ordumuz bir neçə strateji yüksəkliyi nəzarətə götürdü, düşmənin xeyli sayda hərbi texnikası sıradan çıxarıldı, hərbi obyektləri, postları, canlı qüvvəsi məhv edildi.

2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altında idi. Bu gün isə Azərbaycan əsgəri dövlət sərhədimizin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir. Düşmən bilməlidir ki, Azərbaycan Ordusu ərazi bütövlüyü uğrunda mübarizəni sonuna qədər aparacaq. Azərbaycan əsgəri düşmənin bütün təxribatlarına adekvat cavab vermək üçün hər an hazırdır. "Dəmir yumruq" hər zaman güclü, dağıdıcı və sarsıdıcı zərbə vurmaq iqtidarındadır. Qələbə Azərbaycan Ordusunun mənəvi haqqı, Zəfər isə Azərbaycan xalqının taleyidir. Təəssüf ki, növbəti Zəfərimiz də qəhrəman oğulların canı, qanı bahasına başa gəldi. Ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda ölümün gözünə dik baxan hərbi qulluqçularımızın ruhu qarşısında baş əyir, canlarını fəda etdiyi Vətən torpağının hər qarışının müdafiəsində ayıq-sayıq keşik çəkəcəyimizi söz veririk.

Bunu AZƏRTAC-a müsahibəsində "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin koordinatoru, Vətən müharibəsi qazisi, xüsusi təyinatlı qüvvələrin mənsubu Rəfail Nuruyev deyib.

Ömrünün 25 ilini Vətənin müdafiəsinə həsr edən R.Nuruyev onun iyirimi iki ilini xüsusi təyinatlı qüvvələrin mənsubu kimi keçirib. Bu illər ərzində müxtəlif hərbi əməliyyatlarda, o cümlədən Aprel döyüşləri və Vətən müharibəsi zamanı ən çətin tapşırıqların yerinə yetirilməsində iştirak edib. 44 günlük Şanlı Zəfər salnaməsinə adını yazdıranlardan biri olan R.Nuruyev Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd və Şuşaya qədər şərəfli yol qət edib. Şuşada yaralansa da, buna heyfslənmir. Çünki Şuşanı görmək, onun quldurlardan təmizlənməsində iştirak etmək arzusuna çatıb. Cəsur döyüş yoldaşlarının itkisi onu kədərləndirsə də, "torpaqlarımız azaddır, onların da ruhu şaddır" deyib təskinlik tapır.

R.Nuruyev Vətən müharibəsində göstərdiyi şücaətlərə görə bir sıra medallarla - "İgidliyə görə", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan söhbət açan R.Nuruyev həssas təbəqənin hər zaman qayğıkeş münasibətlə əhatə olunduğunu bildirib. Həssas təbəqədən olan vətəndaşların sosial rifahının yaxşılaşdırılması məqsədilə ölkə başçısının müxtəlif vaxtlarda Fərman və sərəncamlar imzaladığını, həmin qəbildən olanların problemlərinin həllinin ən əsas məsələlərdən biri olduğunu diqqətə çatdırıb. O da Vətən müharibəsi qazisi kimi işlə təmin olunduğunu, hazırda 3 saylı DOST mərkəzində çalışdığını qeyd edib.

"Vətənin dar günündə silaha sarılanlar və onların əmanətləri əmin əllərdədir", - deyə qazi fikirlərinə yekun vurub.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1621   Tarix: 17 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021