İranda ağlasığmaz olay - Hicabı düzgün taxmayan 22 yaşlı qızı...

İranda ağlasığmaz olay - Hicabı düzgün taxmayan 22 yaşlı qızı...İranda hicab qaydalarına əməl etmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra komaya düşən 22 yaşlı Məhsa Əmini adlı qız vəfat edib.

Sonxeber.az "Telegraf.com"-a istinadla xəbər verir ki, Məhsa Əmini sentyabrın 13-də təcili xəstəxanaya yerləşdirilib.

Dövlət televiziyası Məhsanın ölüm xəbərini təsdiqləyib, amma təfərrüatları açıqlamayıb. Məlumatda bildirilib ki, Məhsa Əminini hicabla bağlı "maarifləndirmək üçün" aparıblar və saxlanarkən onun vəziyyəti pisləşib.

İran Prezidenti İbrahim Rəisi Əmininin komaya düşməsindən sonra daxili işlər naziri Əhməd Vahidiyə rəsmi araşdırma aparılması barədə göstəriş vermişdi.

İslahatçı siyasətçi Mahmud Sadiqi məsələyə aydınlıq gətirilməsini tələb edib.

Sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülərək işgəncələrə məruz qaldığı, bu səbəbdən komaya düşdüyü iddia olunur. Təhlükəsizlik orqanları iddiaları təkzib edib.

"IranWire" adlı xəbər saytı həbsdə olan saxlanılan Məhsa Əmini ilə birlikdə olan bacısı Kiaraşın ifadələrini dərc edib. Kiaraşın sözlərinə görə, bacısı ilə magistral yolun kənarında olarkən əxlaq polisinin maşını onların yanında dayanaraq Əminini saxlayıb. Ona bildiriblər ki, bacısı "bir saatlıq maarifləndirilmə"dən sonra buraxılacaq.

Məhsa Əmininin ailəsi qızlarının sağlam olduğunu və onun qəfil ürək probleminə səbəb ola biləcək heç bir xəstəliyinin olmadığını bildirib.

İranda bir neçə aydır ki, hicaba qarşı etirazları keçirilir. Fəallar hicab taxmaqdan imtina edərək, ölkədə məcburi hicab tələbinin ləğvini tələb edirlər.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4509   Tarix: 18 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

11 oktyabr
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

4 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub

17 oktyabr
.

Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddia edi

17 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO

Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır

17 oktyabr
.

20 min manata yaxın aliment borcu olan ata həbs edildi

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib

18 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr