"Spiker Pelosinin Qondarma soyqırım abidəsi önündə "düşük davranışlar" və "timsah göz yaşları" nəyə işarədir?- ŞƏRH

"Spiker Pelosinin Qondarma soyqırım abidəsi önündə "düşük davranışlar" və "timsah göz yaşları" nəyə işarədir?- ŞƏRHABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və verdiyi bəyanatlara bu günlərdə hər kəsin diqqətində olan bir mövzudur.

Bu səfəri Milli Məclisin deputatı Bəhruz Məhərrəm Sonxeber.az-a şərh edib.

Deputat qeyd edib ki, bu səfər bir mənalı qarşılanmır. Belə ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsi hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. ABŞ-da üçüncü şəxs olan Pelosi bəyanatları ilə Azərbaycanın öz sərhədləri boyu bu hüququnu həyata keçirməsini qəbul etmək istəmirsə, deməli ABŞ-ın son 20 ildə sərhədlərindən 10-15 min km kənara qoşun yeridərkən "sülh və təhlükəsizliyə yönəli təhdidləri aradan qaldırmaq" məqsədi cəfəngiyyat olub. Bu məntiqlə "qocaman" spiker ilk olaraq ABŞ-ı təcavüzkar hesab edərək öz dövləti adından Əfqanıstan, İraq, Liviya və Suriya xalqlarından üzr istəməlidir.

"Pelosi İrəvanda verdiyi bəyanatda 12-13 sentyabr təxribatlarını Azərbaycanın təşəbbüsü kimi qiymətləndirir. Bəs Ermənistan 30 il Azərbaycan torpaqlarının 20%-ni işğalda saxlayıb, işğal zonasında urbisid, ekosid və humanitar cinayətlər törədərkən, BMT Təhlükəsizlik Şurası 4 qətnaməsində Ermənistanı təcavüzkar kimi tanıyarkən, habelə Vətən müharibəsi dövründə Bərdə, Gəncə, Tərtər kimi şəhərlərin dinc sakinləri kütləvi qırğın silahları ilə hücuma məruz qalan zaman ahıl senyoranın "ədalət" hissləri harda mürgüləyirdi?
Pelosi əgər bütövlükdə Qafqazda sülh arzu etsəydi, səfər marşutu Tiflis, İrəvan və Bakını əhatələməli idi. Amma onun güzərgahını yalnız İrəvandan salması onu göstərir ki, bu səfər mahiyyətcə daha çox Demokratların Amerika erməni lobbisindən ianə toplamağa hesablanıb. Pelosinin bu çərçivədə lobbi maraqlarının Ermənistan üzərindən regiona daşınması isə Qafqazda gərginliyə xidmət etməklə sülh perspektivlərinə zərbədir.
Azərbaycanın davamlı sülh strategiyasına rəğmən Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı birləşmələrini ərazilərimizdən çıxarmaması, minalanmanı davam etdirməsi, mövqelərimizi intensiv və sistematik atəşə tutması açıq təcavüzdür. Bu günlərdə yenidən təxribata əl atmaqla isə Ermənistan revanş niyyətindən əl çəkmədiyini göstərdi. Pelosinin qeyd olunan amilləri nəzərə almadan, Azərbaycanla təmasa keçmədən, birtərəfli bəyanatlar verməsi bu mənada təcavüzə açıq dəstək verməkdir.
Bu il iyunun 1-də ABŞ Prezidenti Cozef Bayden diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə cənab İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olduğunu bəyan etmişdi. Bu mövqenin ardınca, ABŞ Nümayəndələr Palatasının spikerinin münasibətlərin ruhuna zərbə vuran davranışı təəssüf doğursa da Bakının itirəcəyi bir şey yoxdur, əksinə Pelosi Vaşinqtonun özünün regionda dayaqlarını sarsıdır.
Ən nəhayət, qondarma soyqırım abidəsi önündə "düşük davranışlar" və "timsah göz yaşları" ilə spiker Pelosi yəqin ki Ankaranı ABŞ-Türkiyə münasibətlərinə bir daha nəzər yetirməyə vadar edəcək. Türkiyənin eyni zamanda Azərbaycan mövzusunda həssaslığını da nəzərə alsaq, Vaşinqton Aralıq dəniz, Qara dəniz və Xəzər hövzəsindəki mövqeyi və Pelosinin erməni ehtirası arasında seçim etməli olacaq".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2410   Tarix: 19 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər

Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils

18 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib. Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir aray

17 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

17 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr