"Xahiş edirəm məni də "xarici agentlər" sırasına qəbul edəsiniz" - Alla Putinə meydan oxudu...

"Xahiş edirəm məni də "xarici agentlər" sırasına qəbul edəsiniz" - Alla Putinə meydan oxudu..."Maksim Qalkin vicdanlı, ləyaqətli, Rusiyanın əsl vətənpərvər insanıdır..."

"O, öz ölkəsinə dinc həyat, söz azadlığı və insanların xəyali məqsədlər uğrunda həlak olmasının dayandırılmasını arzulayır, mən onunla həmrəyəm..."

Alla Puqaçova ərinə dəstək verərək ilk dəfə olaraq Ukrayndakı müharibədən danışıb...

Məşhur sovet və Rusiya müğənnisi Alla Puqaçova Rusiya Ədliyyə Nazirliyinə müraciət edərək, onu "xarici agentlər" sırasına qəbul etməyi xahiş edib.

Moderator.az xəbər verir ki, bu barədə o, özünün "İnstagram" səhifəsində yazıb.

Primadonna bəyan edib ki, öz ölkəsinə "dinc həyat, söz azadlığı" və "xəyali məqsədlər uğrunda" insanların həlak olmasının dayandırılmasını arzulayan "vicdanlı, ləyaqətli və əsl insan, Rusiyanın əsl vətənpərvəri olan əri Maksim Qalkinlə həmrəydir.

Beləliklə, Puqaçova ilk dəfə olaraq Rusiyanın Ukraynaya hərbi müdaxiləsi haqqında açıq şəkildə və ucadan fikir bildirib.

Xatırladaq ki, sentyabrın 16-da Rusiya Ədliyyə Nazirliyi rusiyalı şoumen, yumor ustası və teleaparıcı Maksim Qalkini "xarici agentlər" fiziki şəxslərin sıyahısına salıb.

Səbəb kimi onun Ukrayna tərəfindən xaricdən maliyyələşməsi göstərilib.

Nazirliyin versiyasına görə, teleaparıcı siyasi fəaliyyətlə məşğuldur.

Maksim Qalkin bu qərarı şərh edərkən bəyan edib ki, on il ərzində Ukraynada qastrol səfərlərindən bir qəpik də pul almayıb.

O, xatırladıb ki, 28 ildir ki, siyasi fəaliyyətlə deyil, siyasi satira janrı ilə məşğuldur.

"Mən öz fikrimi və düşüncələrimi satmıram, yadlardan da almıram. Mən vicdanımla alver etmirəm", - Qalkin bəyan edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1920   Tarix: 19 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ Konqresində Rusiya dizel yanacağının idxalına qarşı qanun layihəsi təqdim edilib

ABŞ Nümayəndələr Palatasının Demokrat üzvü Qreqori Miks Donald Tramp administrasiyası tərəfindən Rusiya dizel yanacağının alınması və idxalı ilə bağlı mümkün razılaşmanın qarşısını almağı hədəfləyən ikipartiyalı qanun layihəsi təqdim edib. xəbər verir ki, sənəd "Korrupsiyalaşmış Rusiya Neft Sövdələşmələrini

17 oktyabr
.

İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı

Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind

17 oktyabr
.

ABŞ-da ibtidai məktəbdə baş verən atışmada üç uşaq və bir müəllim həlak olub

ABŞ-ın Oreqon ştatının Bend şəhərindəki Silver Rail İbtidai Məktəbində baş verən atışmada 5, 8 və 11 yaşlı üç uşaq və 25 yaşlı bir müəllim həlak olub. xəbər verir ki, daha bir 7 yaşlı qız və 54 yaşlı bir müəllim yaralanıb. Bend Polis Rəisi Mayk Krantz mətbuat konfransında bildirib ki, hücum edən 16 yaşl

17 oktyabr
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

Sankt-Peterburqda meymunçiçəyi şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirildi

Sankt-Peterburqda mümkün meymunçiçəyi (Mpox) halı ilə bağlı beş nəfər xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə götürülüb. xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsi bildirib. "Epidemioloji araşdırma çərçivəsində təmasda olan şəxsləri

17 oktyabr
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18 oktyabr
.

Ekvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü

Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş

18 oktyabr
.

Fransada 500 etiraz aksiyası gözlənilir

Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd

17 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr