Azərbaycan etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan etibarlı tərəfdaş kimi tanınırÖz qədim tarixi ilə məhşur olan Səmərqənd şəhərində sentyabrın 16-da Çin Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər bir sıra böyük dövlətlərin rəhbərlərinin iştirakı ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edərək çıxış edib.
Bu gün Azərbaycan bütün beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır. Dünya ölkələrinin ölkəmizə, eləcə də dövlətimizin başçısına olan etibarı, etimadı və nüfuzu ildən-ilə daha da artır. Dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycana beynəlxalq məkanda hər zaman əməkdaşlıq üçün önəmli tərəfdaş kimi baxılıb. Xüsusilə də dövlətimizin enerji və nəqliyyat-loqistika sahəsində geniş və uzaq məsafədə gerçəkləşdirdiyi layihələr bütün vektorlarda strateji əhəmiyyətli ölkəyə çevirib.
Son otuz il ərzində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirib və bu gün də davam edir. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatda ŞƏT təşkilatına üzv ölkələrlə geniş və çox səmərəli münasibətləri mövcuddur. Məhz bu səbəbdən də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin əlaqələri getdikcə daha da gücləndirir. Sentyabrın 15 və 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən təşkilatın sammitinə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir.
Prezident cənab İlham Əliyev sammit çərçivəsində həm də bir sıra ölkələrin dövlət başçıları ilə ikitərəfli və çox səmərəli görüşlər keçirdi. Yaranmış bu imkanlarda keçirilən ikitərəfli görüşlərdə bir daha əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.
Dünya əhalisinin yarıdan çoxunun və super dövlətlərin iştirak etdiyi bu Sammitdə ölkə başçısının çıxışında mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolu xüsusi vurğulandı. Cənab Prezident öz çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişafı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri nümunəsində dinamik inkişafı və regional kommunikasiya layihələrinə verilmiş əvəzedilməz töhfə olduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycanda tarixi ənənəyə və təcrübəyə əsaslanmış və hər cür gəmilərin istehsal edildiyi gəmiqayırma sənayesinin inkişafı ŞƏT-na üzv ölkələrini daha çox maraqlandıran məsələlərdir.
Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanın qısa müddət ərzində yükaşırma qabiliyyətinin genişlənmə potensialının getdikcə artması ölkəmizin nəqliyyat-loqistika sahəsinə, eləcə də ŞƏT üzv ölkələrinin iqtisadiyyatı üçün böyük dəstəkdir.
Prezidentin çıxışında son illərdə Azərbaycanda min kilometrlərlə avtomobil yollarının, iki min kilometrə yaxın dəmir yolunun, işğaldan azad olunmuş Qarabağda həyata keçirilən meqalayihələr, möhtəşəm yol, nəqliyyat infrastrukturunun inşası və yenidənqurulması tikilib və əsaslı təmir edilməsinin beynəlxalq əməkdaşlıq üçün yeni perspektivlər adlandırdı.
Bu gün ərazisi böyük olmayan Azərbaycan bölgəmizin ən böyük mülki hava yük donanmalarından birinə çevrilib. Hazırda ölkəmizdə 7 beynəlxalq hava limanı fəaliyyət göstərir və bir neçə il içində bunların sayı 9 olacaq. ŞƏT-nın son sammitində çıxış edən Prezident İlham Əliyev çıxışında Qarabağ münaqişəsinin həllinə toxunaraq Zəngəzur dəhlizinin inşa olunmasının tarixi, siyasi və iqtisadi əhəmiyyətindən və əməkdaş ölkələrin nəqliyyat imkanlarının daha da artıracağını və bu marşrut üzrə yerləşmiş bütün ölkələrə yeni üfüqlərin açılacağını da vurğuladı. O, çıxışında Azərbaycan Ermənistan münasibətlərinin normallaşması prosesi üçün hər iki ölkənin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün Azərbaycanın təklif etdiyi beş əsas prinsipə də toxunub.
Bildirildi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir və ölkəmizin sədrliyi yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.

Metin Hüseynov – siyasi şərhçi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1401   Tarix: 19 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda yaz fəsli olmayacaq? - Hazırlaşın, hava kəskin DƏYİŞİR

Yaz fəslinin bitməsinə 1 ay qalsa da, onun xarakterik istiliyi və sabitliyi hələ də hiss olunmur. Hətta may ayında havaların qəfil və kəskin istiləşəcəyi gözlənilir. -a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, yazın il

3 may
.

"Azərlotereya" "Bakı Marafonu 2026"nın tərəfdaşı oldu

"Azərlotereya" ənənəsinə sadiq qalaraq, artıq beşinci dəfə "Bakı Marafonu 2026"nın tərəfdaşı olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən marafon çərçivəsində şirkət sağlam həyat tərzinin təşviqi və idmanın inkişafına dəstəyini dava

4 may
.

Bakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcək

Bakının bir neçə rayonunda binalar təmin olunacaq. -ın məlumatına görə bununla bağlı müvafiq prosedura başlanılıb. Belə ki, Bakı şəhərinin Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri həyata keçiriləcək. Sözügedən işlər

4 may
.

Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?

Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarını

3 may
.

Qurbanlıq bazarında YENİ QAYDALAR qüvvəyə mindi

Artıq Qurban bayramı yaxınlaşır. Bu il heyvan bazarlarında qaydalar daha da sərtləşdiriləcək və bəzi heyvanların satışına icazə verilməyəcək. Mövzu ilə bağlı Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin direktoru Yavər Məmmədov bildirib ki, heyvan bazarları yoluxucu xəstəlikləri

3 may
.

Azərbaycandan tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Qeyd olunur ki, 8 vaqon gübrə Ermənistana göndəriləcək. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas

3 may
.

Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?

Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sır

3 may
.

Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ

Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protoko

4 may
.

İldırımın vurub öldürdüyü gəncin - Fotosu

Xəbər verdiyimiz kimi, dünən saat 17 radələrində Lerik rayonunda ildırım vurması nəticəsində bir nəfər həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 21 yaşlı Cəfər Əbdül oğlu Mirzəzadənin fotosunu yayıb. Qeyd edək ki, ildırım C.Mirzəzadəni evinin həyətində vurub

4 may