Azərbaycanda 12 yaşlı şagird məktəbdə 7 nəfər tərəfindən zorlanıb - DƏHŞƏTLİ İDDİA

Azərbaycanda 12 yaşlı şagird məktəbdə 7 nəfər tərəfindən zorlanıb - DƏHŞƏTLİ İDDİACəlilabad rayonunda 12 yaşlı yeniyetmə oğlanın zorlandığı iddia olunur.

Bu barədə Oxu.Az-ın redaksiyasına onun anası müraciət edib.

O bildirib ki, hadisə bir neçə ay öncə baş verib:

"Uşaq dərsdən evə gədikdən sonra bədənində, qollarında və aşağı ətrafında əzilmə, göyərmə olduğunu gördüm. Səbəbini soruşdum və o dedi ki, yıxılmışam. Bu hal bu ilin aprel-may ayı ərzində mütəmadi olaraq, yeddi dəfə təkrarlanıb. Mən məsələdən daha sonra xəbər tutmuşam.

Belə ki, idman dərsi zamanı yeddi sinif yoldaşı onu sürüyə-sürüyə məktəbin 2-ci mərtəbəsinə qaldırıb, soyundurub, cinsi təcavüz ediblər. Uşağım onlara müqavimət göstərsə də, yeddi nəfərə mane ola bilməyib. Hadisədən xəbərdar olan sinif rəhbəri Zahidə Şahbazova məsələ barədə tədbir görmək əvəzinə, oğluma su, saqqız verərək, hadisəni evdə valideynlərinə danışmamağı tapşırıb".

Valideyn qeyd edib ki, məsələ barədə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edib:

"Məsələ barədə təyin edilən Məhkəmə-Tibbi Ekspertizanın cavabından narazıyam. Hətta məktəb direktoru Nizami İsmayılov və direktor müavini Rəfiqə Babayeva da, məsələdən xəbərdar olublar.

R.Babayeva yaşadığım evə gələrək, mənə hədə-qorxu gəlib, şikayəti geri götürməyimi bildirib. İnamlı şəkildə bu işdə uduzacağımı bildirdi. Mən bu barədə Təhsil Nazirliyinin "Qaynar xətt"inə də məlumat vermişəm. Mən sadəcə məsələdə günahı olanların cəzasını almasını istəyirəm".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-a açıqlamasında bildirib ki, həmin müraciət əsasında Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb:

"Araşdırmanın və təyin edilmiş ekspertizanın nəticəsində iddialar təsdiqini tapmayıb. Belə ki, həmin məktəbin 5-ci sinif şagirdləri arasında baş verən mübahisə zamanı bir neçə sinif yoldaşı həmin məktəblini vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetiriblər. Həmin yeniyetmələrin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinin tərkibinin olduğu müəyyən edilib.

Lakin həmin yeniyetmələrin 16 yaşı tamam olmadığı üçün barələrində İXM-nin 157-ci maddəsilə tədbir görülməsi mümkün olmadığından onlarla bağlı profilaktiki yığım işinin açılması şöbənin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupuna həvalə olunub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10308   Tarix: 20 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini

17 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr