Lalə Azərtaşdan səhhəti ilə bağlı AÇIQLAMA

Lalə Azərtaşdan səhhəti ilə bağlı AÇIQLAMAÖtən gün mətbuatda aparıcı Lalə Azərtaşın səhhətinin pisləşdiyi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yer alıb.

BAKU.WS xəbər verir ki, Lalə xanım səhhəti ilə bağlı yayılan xəbərləri təsdiqləyib və hazırda səhhətinin yaxşı olduğunu bildirib.

Bu barədə BAKU.WS-ə açıqlama verən aparıcı, ödündən əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirildiyini deyib:

"Diqqət üçün hər kəsə təşəkkür edirəm, şükürlər olsun, indi səhhətim yaxşıdır. Ödümdə böyük bir daş parçası aşkarlanmışdı. Bu səbəbdən də əməliyyat olunacaqdım. Sadəcə deyirdim ki, sonra əməliyyat olunaram. Zaman keçdikcə səhhətim buna imkan vermədi.

Ağrılarım hədsiz dərəcədə çoxaldığı üçün cümə günü efirdən sağollaşdıqdan sonra xəstəxanaya yerləşdirildim. Bazar ertəsi isə efirə çıxa bilmədiyim üçün hər kəs səhhətimlə maraqlanmağa başladı. Xəbərlər yayıldıqdan sonra mənim telefonum susmadı. Qazandığım bir tək məni sevənlərin duası oldu. Hər kəsə təşəkkür edirəm. Həkim Mircəkal Kazımiyə isə xüsusilə təşəkkür edirəm. Ödümdəki daş böyük olduğu üçün açıq əməliyyat keçirdim. Allah heç kimi səhhəti ilə sınamasın. Kimin səhhətində problem varsa mənim kimi tezliklə şəfa tapsın".

Tanınmış aparıcı mətbuatda səhhəti ilə bağlı yayılan xəbərlərə görə narahat olduğunu da vurğulayıb:

"Mətbuatda səhhətimlə bağlı yayılan xəbərlərə görə narahat oldum. Çünki hazırda ölkə gündəmimiz başqa xəbərlərlə məşğuldur. Belə bir vaxtda istəməzdim özümlə bağlı məlumatlar yayılsın. Ehtiyac olsa idi mən bir foto paylaşıb səhhətimlə bağlı açıqlama verərdim. Bu xəbərlərin yayılmaması üçün yaxınlarımdan və dostlarımdan xahiş etdim ki, əməliyyatımla bağlı heç kimə heç nə deməsinlər".

Lalə Azərtaş saytımıza açıqlaması zamanı erməni təxribatları nəticəsində ölkəmizdə yaşanan hadisələrə münasibət də bildirib. Aparıcı vətənimizin bütövlüyü uğrunda şəhid olan igidlərimizə Allahdan rəhmət diləyib:

"İnşallah davamlı olaraq cəbhəmizdən qələbə xəbərləri gəlsin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ailələrinə və yaxınlarına səbr versin. Bütün yaralı hərnçilərimizə Allahdan şəfa diləyirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2073   Tarix: 20 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli

17 oktyabr
.

Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video

Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyin

16 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək

18 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə

17 oktyabr