Fırıldaqçılıqla məşğul olduğu deyilən şirkət rəhbərindən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Rəhimli Gülüzar Həsənağa qızı redaksiyamıza müraciət edərək özünü "Günəşli İnşaat" tikinti şirkətinin rəhbəri kimi qələmə verən Məmmədov Firutan Ələsgər oğlu tərəfindən aldadıldığını söyləyib. O, iddia edir ki, F. Məmmədov başqa torpağı göstərərək ona qamışlıq ərazisini satıb. Bundan əlavə, 6 ay öncə ondan aldığı ikinci torpağı həmin şəxs sənədləşdirməkdən imtina edir.
Məsələ ilə bağlı Firutan Məmmədovla əlaqə saxladıq.
O, açıqlamasında Gülüzar Rəhimlinin iddialarının yalan olduğunu söyləyib:
"Bu torpaq mənə aiddir. Cəfərova Zəhra Kazım qızı mənim torpağımı Gülüzar Rəhimliyə satıb. O torpaqda Gülüzar Rəhimli ikimərtəbəli ev tikdiriib. Əgər həqiqətən Gülüzar xanımın sənədi yoxdursa, mənim torpağımda necə rahat şəkildə o evi tikib? Onun əlində olan çıxarış başqa ərazinindir. İkinci torpağı isə (yəni İsrail bəyin adına olan torpağı) mən ona etibarnamə ilə satmışam. Gülüzar Rəhimli ilə aramızda rəsmi alqı-satqı olub. Bütün lazımi sənədləri ona vermişəm ki, aparıb Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə versin. Ondan sonra nə olubsa, mənim xəbərim yoxdur. Getsin, məhkəməyə müraciət etsin, torpağının və evinin sənədini alsın".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2769 Tarix: 21 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO
UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki
17 oktyabrAzərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
17 oktyabrBakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 18-də 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayi
17 oktyabrDərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR
Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini
18 oktyabr