Əli Həsənovun qardaşı oğlu işdən çıxarıldı - Polkovnik həbs olunacaq?
Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Bakupost.az xəbər verir ki, DGK-nın sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənov işdən çıxarılıb.
Onun son dövrlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir.
A.Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.
Qeyd edək ki, A.Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Ə.Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1761 Tarix: 20 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MN: "Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq" - VİDEO
5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarını
5 martBİG Media Group-un suyu "Genay" MTK tərəfindən qanunsuz olaraq kəsilib
Bakı şəhəri, Aşıq Alı küçəsi 2 ünvanında yerləşən BİG Media Group-un ofisinin su təchizatı binaya xidmət göstərən "Genay" MTK tərəfindən dayandırılıb. MTK tərəfindən ofisə 560 manat məbləğində borc təqdim olunub və bildirilib ki, bu məbləğ komendant pulu, zibilin atılması və qarajdan istifad
5 martMüdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu izah etdi
Ötən gün İranın Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb. "Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatl
6 mart