"Azərbaycanı kiminsə bəyanatı,açıqlaması,hansısa telefon zəngi dayandıra bilməz" - Şərh

"Azərbaycanı kiminsə bəyanatı,açıqlaması,hansısa telefon zəngi dayandıra bilməz" - Şərh"44 günlük savaş və post münaqişə dövründə formalaşan geosiyasi konfiqurasiya aydın formada göstərir ki, İrəvanın Azərbaycanın 5 şərtinə hərfi-hərfinə əməl etməkdən başqa çıxış yolu yoxdur. İlk növbədə təbii coğrafi vəziyyət bunu diqtə edir, çünki bu ölkənin bütövlükdə quru sərhədlərinin 83 faizi Azərbaycan və Türkiyə ilədir, bütün normal kommunikasiya istiqamətləri də yalnız şərq və qərbə uzanır. Gürcüstan və İran üzərindən dünyaya çıxış perpektivləri isə ciddi nəsə vəd etmir. Şimal-cənub istiqamətində 30 ildir başlanmalı olan yol yalnız ideya olaraq qalmaqdadır".

Bunu Sonxeber.az-a olan açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Vətən müharibəsində və sonrakı dövrdə hər kəs şahid oldu ki, İrəvanın işə saldığı bütün kartları daşa dirəndi.
"Nə o zamankı əsas müttəfiqi Rusiya, nə qərbdəki havadarları və diaspora, nə də KTMT İrəvanın istəklərini qarşılamadı. Daha doğrusu onlardan gələn reaksiya cənab İlham Əliyevin strateji və taktiki addımları qarşısında yetərsiz qaldı. Müharibədən sonrakı dövrdə isə vəziyyət bəllidir, Ermənistan tam şəkildə xarici yardımdan asılı qalıb. Daxildə ciddi siyasi parçalanmanın hökm sürdüyü şəraitdə xarici yardımlar hesabına nəyəsə nail olunması ağlabatan deyil və ermənilər özləri də bunu başa düşür.
Elə bu çərçivədə Nensi Pelosinin səfərini götürsək, baxmayaraq ki. Dünyanın supergücünün 3-cü şəxsi İrəvana gəlir amma bu səfərin Ermənistana qazandıracağı bir perspektiv yoxdur. Bilirsiz ki, ABŞ xarici siyasətində əsas funksiya Prezidentə məxsusdur və Pelosi ABŞ adından İrəvana hərbi dəstək vermək yaxud Azərbaycana sanksiya tətbiq etmək kimi imkana malik deyil. Yəni İrəvan bir daha müşahidə edir ki, cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi "Azərbaycanı heç kim və heç nə dayandıra bilmir, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi."
Bu mənada İrəvanın vəziyyəti gərginləşdirmək cəhdləri meydana çıxmaq üzrə olan tam yeni reallığın təzahürləridir və son nəticədə İrəvan Azərbaycanın sərhədlərini tanımağa, təcavüzkar meyillərdən əl çəkməyə məcburdur".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1730   Tarix: 20 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini

17 oktyabr
.

Bazarda meyvə-tərəvəz ucuzlaşdı

Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz

17 oktyabr
.

UŞAQLI AİLƏLƏR HANSI SOSİAL ÖDƏNİŞLƏRDƏN YARARLANA BİLƏR? - Müavinətlərin məbləği və şərtləri

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

17 oktyabr
.

Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl

18 oktyabr