SOCAR "Azəriqaz" İB və "Azəristiliktəchizat" ASC-nin rəhbər şəxsləri görüşdülər
SOCAR "Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbər şəxsləri arasında görüş keçirilib. Görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini icra edən İlham Mirzəliyev bəzi proseslərin qarşılıqlı razılaşma yolu ilə icra olunmasına dair çıxış edib. O, cari ayın sərfinin müəyyən olunması üçün sayğac göstəricilərinin növbəti ayın ilk 5 günündə götürülməsi təklifini irəli sürüb. SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bu məsələdə lazımi dəstəyin veriləcəyini diqqətə çatdırıb. Bundan əlavə, sayğaclar dövlət yoxlamasından keçirilən zaman "Azəristiliktəchizat" ASC-nin nümayəndəsinin də bu prosesdə iştirakının təmin olunması ilə bağlı müraciət olunub. Birlik rəhbəri bunun hər bir istehlakçının hüququ olduğunu qeyd edərək, istənilən müraciətin Birlik tərəfindən təmin edildiyini vurğulayıb.
Ruslan Əliyev son aylarda "Azəristiliktəchizat" tərəfindən ödənişlərdə böyük tendensiyanın olduğunu qeyd edib. Baş direktor SOCAR "Azəriqaz" İB tərəfindən 2022-2023-cü illər üzrə istilik mövsümündə qazanxanaların mavi yanacaqla təmin olunmasında heç bir problemin olmadığını deyib. Sonda hər iki qurumun daxilində yaradılan komissiyaya sual doğuran digər məsələlərin birgə həllinin tapılmasına dair tapşırıq verilib. Eyni zamanda bu cür işçi görüşlərin bundan sonra daha sıx və intensiv şəkildə keçirilməsi ilə bağlı razılığa gəlinib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış