Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar və bərbərlər ilə bağlı VACİB QƏRAR
Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlər icbari tibbi sığorta ilə əhatə olunacaq.
Sonxeber.az-ın xəbərinə görə, bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik layihəsi parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb.
Layihədə əsasən iki kateqoriya üzrə - Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) və Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslərin (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub.
Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış