Ruslan Əliyev görülən genişmiqyaslı işlərlə tanış olub - VİDEO
SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması, habelə qaz təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlər davam etdirilir.
Sonxeber.az xəbər verir ki, birliyin baş direktoru Ruslan Əliyev görülən işlərlə yerindəcə tanış olmaq məqsədi ilə regionlara səfər edir. Birlik rəhbəri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birgə rayonun Yemişanlı kəndində qazlaşdırılma işlərinin son vəziyyəti ilə yaxından maraqlanıb. Baş direktora məlumat verilib ki, kəndin küçə qaz xətlərinin çəkilməsi üçün layihə üzrə uzunluğu 31480 m müxtəlif diametrli polad borulardan istifadə olunacaq. Artıq 10045 m uzunluğunda xəttin çəkilişi işləri yekunlaşıb. Ruslan Əliyev qış aylarında havanın kəskin dəyişəcəyini bildirərək, işlərin daha sürətli şəkildə yekunlaşdırılmasına dair tapşırıq verib. Daha sonra bir qrup Birlik əməkdaşı SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
Növbəti səfər İsmayıllı rayonunun Qoşakənd kəndinə olub. Ruslan Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ilə birlikdə kənddə görülən işləri yaxından izləyiblər. 212 fərdi yaşayış evi olan kəndin küçə qaz xətlərinin çəkilməsi üçün 13500 m uzunluqda xəttin, 10000 metr hissəsinin çəkildiyini öyrənən baş direktor bu ünvanda da işlərin daha tez yekunlaşdırılması ilə bağlı göstəriş verib. Görüş zamanı işçilərlə görüşərək onların qayğıları ilə maraqlanan baş direktor bir qrup Birlik əməkdaşını SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1326 Tarix: 20 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021