Erməni kişi azərbaycanlı qonşusuna 30 ildən sonra səsləndi: Zəngəzurlu Səməd Qarayevin ailəsi danışdı - VİDEO

Erməni kişi azərbaycanlı qonşusuna 30 ildən sonra səsləndi: Zəngəzurlu Səməd Qarayevin ailəsi danışdı - VİDEOZəngəzur mahalının Qafan rayonunda yaşayan yaşlı erməninin bir zamanlar qonşusu olduğu, sonradan isə evinə məskunlaşdığı Səməd Qarayevə salam göndərməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Qoca erməni öz dili ilə deyir ki, "ağacların barı-bəhəri də sizinlə gedib".

Xəzər TV-nin əməkdaşı videoda adı çəkilən Səməd Qarayevin ailəsini tapıb və onlarla həmsöhbət olub.

Sosial şəbəkələrdə yayılan bu video Zəngəzurun Qafan rayonunun Mahmudlu kəndində çəkilib. Videoda hazırda orada yaşayan erməni bir zamanlar qonşusu olmuş Səməd Qarayevə ismarış göndərir.

Daha sonra yaşlı erməni yaxınlıqdakı evini göstərərək deyir ki, "bu, Səməd Qarayevin evidir".

Qarayevlər ailəsinin qapısını döydük. Qapını üzümüzə oğlu açdı. Və bildirdi ki, Səməd kişi 1 öncə vəfat edib.

Oğlu Eldar Qarayev deyir ki, atası məlum videonu ölmədən öncə görüb, həmin ermənini də tanıyıb. Səməd Qarayev o dönəmlər "sovxoz" sədri işlədiyi üçün işi ilə əlaqədar Qafan rayonunu ən son tərk edənlərdən biri olub. O, azərbaycanlıların zorla çıxarıldığı evlərə ermənilərin köçürülməsini öz gözləri ilə görüb. Videoda danışan erməni də Qarayevlərin qonşusunun evində məskunlaşıb.

Yaşlı erməni azərbaycanca deyir ki, "ağacların barı-bəhəri də sizinlə gedib". Qoca bunu deməklə o torpaqların gerçək sahiblərinin azərbaycanlılar olduğunu təsdiq edir.

Səməd Qarayev digər həmyerliləri kimi, 30 ildən çox vətən həsrəti çəkib. Qafana qayıtmaq ümidi ilə yaşayan Səməd kişi böyüyüb boya-başa çatdığı Zəngəzur haqqında, ermənilərin azərbaycanlıları yurd-yuvasında didərgin salmaları haqqında 4 kitab yazıb.

Zəngəzur sakinləri çox yaxın zamanda öz dogma yurdlarına geri qayıdacaqlar. Torpağın əsl sahibləri geri dönəndə ağaclara bar da verəcək. Azərbaycanlılar qoca erməninin göndərdiyi salamı elə öz evlərində alacaqlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8655   Tarix: 20 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaraheybət təlim mərkəzində bədbəxt hadisə

Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verib. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, kursant M.Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində vəfat edib. Faktla bağlı müvafiq araşdırmalar aparılır

4 may
.

İldırımın vurub öldürdüyü gəncin - Fotosu

Xəbər verdiyimiz kimi, dünən saat 17 radələrində Lerik rayonunda ildırım vurması nəticəsində bir nəfər həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 21 yaşlı Cəfər Əbdül oğlu Mirzəzadənin fotosunu yayıb. Qeyd edək ki, ildırım C.Mirzəzadəni evinin həyətində vurub

4 may
.

Azərbaycanda istilik mövsümü uzadılır?

Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyəti

4 may
.

Azərbaycanda bu ənənə LƏĞV EDİLİR?

Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarını

3 may
.

Bu şəxslər məcburi İŞDƏN ÇIXARILACAQ

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən

3 may
.

Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?

Azərbaycanda 18 yaşına çatmış vətəndaşlar "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər. Müəyyən hallarda (məsələn, təhsil, sağlamlıq durumu və s.) qanunla nəzərdə tutulmuş əsaslarla hərbi xidmətə çağırışa möhlət verilə bilər. Bir sır

3 may
.

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər. "Report" xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları

3 may
.

Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmal

3 may
.

Azərbaycandan tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Qeyd olunur ki, 8 vaqon gübrə Ermənistana göndəriləcək. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas

3 may