Tağı Əhmədovun oğlu şokolad oğrusunu cəzalandırdı
Bakı şəhəri, Nizami rayonunda yerləşən OBA marketdən 150 manat dəyərində şokolad oğurlayan şəxslə bağlı məhkəmə qərarı verilib.
Sonxeber.az "qaynarinfo-ya istinadla xəbər verir ki, məhkəmə prosesinə "Bakı Metropoliteni" QSC-nin keçmiş rəisi Tağı Əhmədovun oğlu, Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədov sədrlik edib.
Prosesdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru bildirib ki, 1988-ci ildə Cəbrayıl şəhərində anadan olmuş Fərid Hüseynov (ad şərtidir) 2022-ci ildə OBA marketdən 150 manat dəyərində şokolad oğurlayıb. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədıb. Polis əməkdaşı təqsirləndirilən şəxs barəsində inzibati tənbeh tədbirinin tərtbiq edilməsini xahiş edib.
OBA marketin müdiri izahatında təsdiq edib ki, ticarət obyektindən 150 manat dəyərində şokolad oğurlanıb.
Təqsirləndirilən şəxs Fərid Hüseynov isə izahatında qeyd edib ki, bu əməli maddi imkanı pis olduğuna görə törədib və buna görə peşmandır. O, zərərçəkmişə dəymiş 150 manat məbləğində maddi ziyanı birdəfəyə ödəyə bilmədiyini, ödəniş üçün müəyyən vaxt verilməsini və barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.
Hakim Rauf Əhmədovun qərarı ilə Fərid Hüseynov İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2217 Tarix: 21 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021