Ölümü ilə İranı ayağa qaldıran 22 yaşlı Məhsa...

Ölümü ilə İranı ayağa qaldıran 22 yaşlı Məhsa...Xəbər verdiyimiz kimi, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.

Aksiyalar zamanı ölənlər və yaralananlar var. Bəzi yerlərdə aksiyaçılara qarşı silah da tətbiq edilib. Bundan başqa, məcburi hicaba qarşı çıxanlar da baş örtüklərini yandırır.

"Qafqazinfo"nun məlumatına görə, etirazlar fonunda dünya mediasında və sosial şəbəkələrdə Məhsa Əminin kimliyi maraq doğurub.

Məhsa Əmini həm də Cina Əmini kimi tanınır. Kürdüstan ostanının Səkkəz şəhərindən olan 22 yaşlı İran vətəndaşıdır. Məlumata görə, o, ziyalı ailəsində böyüyüb.

Məhsa Əmini ailəsi ilə İrana qohumlarıgilə qonaq gəlibmiş. O, sentyabrın 14-ü axşam saat 6 radələrində Tehranda metrostansiya yaxınlığında qardaşı ilə birlikdə olarkən Əxlaq Təhlükəsilzik Polisi tərəfindən saxlanılıb. Məlumata görə, qardaşı Kuareş Əmini etiraz etdikdə isə ona bildirilib ki, bacısı dindirilidikdən bir saat sonra buraxılacaq. Amma deyildiyi kimi olmayıb. Belə ki, çox keçmədən yarımcan Mehsa təcili yardım maşını ilə Qəsrə xəstəxanasına aparılıb.

Həyatda qalmaq uğrunda iki günlük mübarizədən sonra Əmini vəfat edib və bununla da ölkədə etirazlar başlayıb.
Ölümü ilə İranı ayağa qaldıran 22 yaşlı Məhsa...Qeyd olunur ki, M. Əmini hicabını düzgün geyinmədiyininə görə polis tərəfindən saxlanılıbmış. Polis şöbəsində başından güclü zədələr aldığı və çoxsaylı hədələrə məruz qaldığı üçün kəllə-beyin travması alıb, infarkt keçirərək komaya düşüb.

O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.

Beynəlxalq Amnistiya Təşkilatı İranda Mehsa Əmininin şübhəli ölümü ilə bağlı cinayət təhqiqatının aparılmasını istəyib. Bu qurumun fikrincə, bu işdə bütün məsul işçilər və vəzifəli şəxslər məsuliyyətə cəlb edilməli və onun şübhəli ölümünə səbəb olan şərait, o cümlədən istintaq təcridxanasında işgəncə və digər pis rəftar halları araşdırılmalıdır.

Bu məqamda İran polisi Məhsa Əminin olduğu iddia edilən görüntüləri yayıb. "İrna" agentliyində yer alan xəbərə görə, polis Aminin döyülməsi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, məmurlarla Əmini arasında heç bir fiziki təmas olmayıb.

Əmininin olduğu iddia edilən sözügedən videoda isə polis bölməsində polislə danışan qadının qəfil stula yıxıldığı görünür.

Ölümü ilə İranı ayağa qaldıran 22 yaşlı Məhsa...Ölümü ilə İranı ayağa qaldıran 22 yaşlı Məhsa...Ölümü ilə İranı ayağa qaldıran 22 yaşlı Məhsa...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2610   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub

ABŞ İslamabad Anlaşma Memorandumundakı öhdəliklərini pozmağa davam edəcəyi təqdirdə, İran da razılaşmanı icra etməyəcək. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib. "ABŞ və İsrail İrana qarşı qanunsuz hərəkətlərinin bütün nəticələrin

12 iyul
.

Dünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT

Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey

12 iyul
.

İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi

Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik

12 iyul
.

Kral ailəsi qələbəyə belə sevindi - Video

İspaniya millisinin 2026-cı il dünya çempionatının finalına yüksəlməsi ölkədə böyük sevinc yaradıb. "Qafqazinfo" xəbər verir ki, kral ailəsinin də İspaniyanın DÇ-nin finalına vəsiqə qazanmasını sevinclə qarşıladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Kral V

15 iyul
.

Süni intellektin gəldiyi son mərhələ: Saxta simalara daha çox etibar edirik

İnsan beyni qarşısındakı şəxsin dürüstlüyünü qiymətləndirmək üçün əsrlər boyu üz cizgilərinə diqqət yetirib. Lakin texnologiyanın inkişafı bu təbii müdafiə mexanizmini manipulyasiya etməyə imkan verir. Qaynarinfo-nun məlumatına görə, Lankaster Universiteti tərəfindən aparılan yeni araşdırma göstəri

16 iyul
.

ÜST-dən xəbərdarlıq: "Ağcaqanad mənşəli təhlükəli virus yayılır

Dünyanın müxtəlif ölkələrində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya (Chikungunya) virusu ilə bağlı narahatlıq artır. Ölkə.az xəbər verir ki, bu barədə xarici KİV-lərin və beynəlxalq səhiyyə qurumlarının məlumatında bildirilib. Son aylarda bir sıra ölkələrdə yoluxma halları yüksəlib, bəzi bölgələrd

15 iyul
.

İrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur

12 iyul
.

ABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq

ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri

12 iyul
.

Gürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu

Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc

12 iyul