Çin ordunu müharibəyə hazırlaşmağa çağırdı
Çin Xalq Respublikasının sədri Si Cinpin hərbi qulluqçulara müharibəyə hazırlıqla bağlı çağırış edib. O, diqqəti hərbi əməliyyatlara hazırlığa yönəltməyi tapşırıb.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin lideri Pekində milli müdafiə və hərbi islahatlara həsr olunmuş konfransdakı çıxışı zamanı deyib.
O vurğulayıb ki, son illər ölkə ordusu ciddi dəyişikliklərə məruz qalıb. Bildirilib ki, Çin ordusunun indi yeni sistemi, strukturu və hərbi geyim forması var.
"Uğurlu islahat təcrübəsini vicdanla yerinə yetirmək və tətbiq etmək, yeni situasiyaya yiyələnmək və tapşırıqların tələblərini başa düşmək, diqqəti müharibələrə hazırlaşmağa yönəltmək, həmçinin araşdırma və yeniliklər etmək üçün cəsarətə sahib olmaq lazımdır" – deyə Si Cinpin deyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Çinin Asiya-Sakit Okean regionunda hərbi fəaliyyəti fonunda "Mavi Sakit okeanda tərəfdaşlar" anti-Çin qrupunun iclasını çağırıb. Tədbir 22 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Sakit Okean Adaları Sammitindən əvvəl baş tutacaq.
Xatırladaq ki, ABŞ və Çin arasında gərginlik Asiya-Sakit okean regionunda rəqabət fonunda son aylarda güclənib. Çin hakimiyyəti bölgədəki beynəlxalq suların əhəmiyyətli hissəsinin ÇXR-ə aid olduğunu bildirir. Söhbət Tayvan, Filippin, Vyetnam, Malayziya və digər ərazilərdə mübahisəli sulardan gedir. Çin hökuməti dünya ticarətinin keçdiyi dəniz yollarına nəzarəti artırmaq üçün addımlar atır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam
Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış