Qismən səfərbərlik elanından sonra rusiyalılar ölkədən qaçır: Bakıya bilet qurtarıb
Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Moskvadan Bakıya, İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrin şəhərlərinə ən yaxın birbaşa reyslərin aviabiletləri tükənib.
Bu barədə ölkədəki aviaşirkətlərin və bilet aqreqatorlarının internet saytlarından məlum olur.
Saytlardan belə aydın olur ki, vizasız ölkələrə növbəti birbaşa uçuşlar üçün biletləri cümə günündən tez almaq mümkün deyil.
Xidmətlərdən birinin məlumatına görə, hazırda Moskvadan Bakıya birbaşa uçuş üçün bileti ancaq sentyabrın 23-dən əldə etmək olar və onun qiyməti 74,5 min rubl (təxminən 2 092 manat - red.) təşkil edir. Uçuş "Aeroflot" tərəfindən həyata keçirilir.
"Azərbaycan Hava Yolları"nda isə (Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə) sentyabrın 22-nə 719 avroya (1214 manat), 24-dən isə 394 avroya (665 manat) biletlər var.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib, müvafiq fərman artıq imzalanıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2873 Tarix: 21 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ İranın "kölgə donanması"na məxsus gəminin qarşısını kəsib
ABŞ Ərəbistan dənizində dəniz blokadasını yarmağa və enerji resurslarını daşımağa cəhd edən İranın "kölgə donanması"na məxsus gəmini saxlayıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, söhbət İran neftini və qaz məhsullarını xarici bazarlara daşıyan 19 gəmidən ibarət qrupa daxi
26 aprelİran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin hərəkətləri ilə münaqişənin diplomatik yolla həlli axtarışı ilə bağlı açıqlamaları arasında uyğunsuzluq olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb. Onun sözlərinə görə, Vaşinqton danışıqlara hazır olduğun
26 aprel300-dən çox uşaq şprisin qurbanı oldu - qalmaqalın təfərrüatları
Pakistanın Pəncab əyalətində tibbi faciə baş verib. 2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrına qədər azı 331 uşaqda HİV infeksiyası aşkar edilib. Ölümcül virusun yayılma mərkəzi isə Taunsa şəhərində yerləşən dövlət xəstəxanası olub. xarici istinadla xəbər verir ki, jurnalistlərin gizli çəkilişlər
26 aprelGünəşdə iki güclü partlayış qeydə alınıb
Aprelin 25-də Günəşdə iki M sinifli güclü partlayış baş verib. xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildiriblər. Birinci partlayış Moskva vaxtı ilə 10:59-da (Bakı vaxtı ilə 11:59) 4423-cü günəş ləkələri qrupunda qeydə alınıb və 7 dəqiqə davam edib. İkinci partlayı
26 aprelNarendra Modi oteldəki atışmadan sonra Trampa uğurlar arzulayıb
Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampın, Birinci xanım Melaniya Trampın və Vitse-prezident Cey Di Vensin Vaşinqtonda baş verən atışmada xəsarət almadığını eşidəndə rahat olduğunu bildirib. "Report"un məlumatına görə, o, bunu "X" sosial şəbəkəsində yazıb
26 aprelPezeşkian 30 milyon könüllüdən kömək istəyib
İran Prezidenti Məsud Pezeşkian 30 milyon könüllüdən kömək istəyib. "Report" xəbər verir ki, bununla bağlı SNNTV məlumat yayıb. "30 milyon könüllü, lütfən, enerji istehlakının idarə olunmasında bizə kömək edin, sənaye üçün elektrik və qazı kəsmək olmaz", - Pezeşkian bildirib və əlav
26 aprel