"Qətiyyət və iradənin təntənəsi-Bayrağımız Laçinda dalğalanır" - Aydın Hüseynov

"Qətiyyət və iradənin təntənəsi-Bayrağımız Laçinda dalğalanır" - Aydın Hüseynov"Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və burada Azərbaycan Bayrağını ucaltması tarixi hadisədir. Bu, bir daha göstərdi ki, Azərbaycan öz istəklərinə nail olur və heç bir güc buna mane ola bilmir. Özü də , dünyada və regionda baş verən mürəkkəb hadisələrə, Azərbaycanın güclənməsindən narahat olan dairələrin hər cür maneə cəhdinə və bəyanatlarına rəğmən".

Bu sözləri Sonxeber.az-a olan açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Laçın şəhərindəki çıxışı öz məzmunu ilə yenə də yol xəritəsi və siyasi dərs mahiyyətindədir.
"Bunu görmək üçün dövlətimizin başçısının bir neçə sitatına nəzər yetirmək kifayətdir.
Prezident İlham Əliyev: "Sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq."
Mesaj kifayət qədər aydındır. Bu, bir daha onu göstərir ki, heç bir bəyanat, təzyiq, qaragüruh Azərbaycanı gündəmini dəyişdirməyə vadar edə bilməz. Əksinə son proseslər bir daha göstərdi ki, bu regionda gündəmi məhz Azərbaycan müəyyənləşdirir.
Sentyabrın 13-də Ermənistanın təxribatına Azərbaycan ordusunun cavabını fərqli şəkildə təqdim etməyə çalışan xarici dairələrə və onlarla həmrəy olan daxildəki ünsürlərə də tutarlı cavab var:
"Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar.
…Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz."
Prezident İlham Əliyevin bu sözləri həm də, onu göstərir ki, Azərbaycan güclü tərəf olmaqla yanaşı, beynəlxalq hüquq və ədalət prinsiplərinə də sadiqdir. İstənilən tənzimləmə, o cümlədən də delimitasiya tarixi sənədlər və xəritələr əsasında olmalıdır. Azərbaycan isə bu prosesə həm hazır, həm də hazırlıqlıdır.

Cənab Prezidentin çıxışında bir məqam xüsusi ilə diqqət çəkir:
" Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik."
Bu məqam onu göstərir ki, Azərbaycan bundan sonra baş verəcək proseslərdə üstünlüyünü daha da möhkəmləndirib. Həm Ermənistanın növbəti təxribat cəhdlərinin qarşısının alınması, həm də danışıqlar baxımından.
Bu sitat həm də, "13 sentyabrda Azərbaycan nəyə nail oldu?" deyib, ordumuzun cavab əməliyyatına kölgə salmaq istəyən, bunu daxili siyasi mübarizəyə alət etmək istəyən ünsürlərə bir cavabdır.
Prezident İlham Əliyev çıxışında, həm də işğaldan azad olunmuş ərazilər, o cümlədən Laçın şəhərinin gələcək inkişafı ilə bağlı mühüm fikirlər səsləndirdi. Nəyinki Laçın, ümumilikdə işğaldan azad edilmiş bütün ərazilərlə bağlı Azərbaycanın konkret bərpa planı var. Bu istiqamətdə işlər sürətlə davam edir, böyük infrastruktur layihələri icra edilir. Dövlət başçısının səfər zamanı yeni infrastruktur layihələrinin təməlini qoyması və inşası davam edən layihələrlə yerində tanış olması isə söz və əməl bütövlüyünün növbəti nümunəsidir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan siyasi, hərbi və iqtisadi müstəvidə öz hədələrinə bir-bir nail olur. Bu, Prezident ilham Əliyevin siyasi iradəsinin və qətiyyətinin təntənəsidir".
Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1151   Tarix: 22 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

18 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video

Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli

16 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr