Qonşusunu öldürən şəxs: "Ailəmi söydü" - FOTO

Qonşusunu öldürən şəxs: "Ailəmi söydü" - FOTOXətai rayonunda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Səxavət Mehdiyevin cinayət işi üzrə detallar məlum olub.

Ölkə.Az xəbər verir ki, hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib.

Cəbrayıl rayonundan olan məcburi köçkün, 57 yaşlı Səxavət Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 46 yaşlı Müşfiq Şükürovu qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Səxavət Mehdiyev saxlanılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Mehdiyev bildirib ki, Müşfiq Şükürov anası və qardaşı ilə birlikdə onların binasında 1-ci mərtəbədə yaşayıb. Müşfiq hətta anası ilə yola getməyərək mütəmadi onunla mübahisə edib. Evlərindən daima dava-dalaş səsləri gəlib. Bütün qonşular bu xoşagəlməz hadisədən xəbərdar olub. Bir müddətdən sonra Müşfiq qardaşını da evdən qovub. Təxminən 2-3 il əvvəl anası vəfat etdiyindən o, tək yaşayıb.

2014-cü ildə cinayət törətdiyinə görə həbs edilib. Cəzasını çəkib qurtardıqdan sonra evinə qayıdıb. Cəzadan şərti olaraq tez azad edildiyindən bir müddət özünü yaxşı aparıb və nisbətən sakit həyat tərzi keçirib. Səxavət özünə problem yaratmamaq üçün bacardığı qədər ondan uzaq durmağa çalışıb.

Səxavət Mehdiyev ifadəsinin davamında bildirib ki, müntəzəm spirtli içki qəbul etdiyi üçün Müşfiq sərxoş vaxtlarında daha çox səs-küy salıb. Evdə telefonla danışarkən söyüşlərini bütün ailə üzvlərinin eşitməsi Səxavəti daim əsəbiləşdirib. Qonşuluqda yaşayan ailələri nəzərə almayan Şükürov tez-tez mənzilinə əxlaqsız qadınlar gətirib. Bildirilən iradlar ona təsir etməyib və bu səbəbdən Səxavət polisə şikayət edib. Bununla bağlı Müşfiqin izahatı alınıb. Araşdırmanın nəticəsi olaraq o, Səxavətdən üzr istəyib. Lakin 3-4 gündən sonra Şükürov yenə özünü əvvəlki qaydada aparmağa başlayıb.

Hadisə baş verən günü gecə Səxavət Müşfiqin telefonda ucadan işlətdiyi söyüşləri eşidərək yuxudan oyanıb və aşağı düşərək televizorun səsinin azaltmasını istəyib. Qonşusu kobud cavab verdiyindən Səxavət səsi azaltmasa, işığını kəsəcəyini deyib və dəhlizdən kəlbətinlə onun işığını kəsib. Düşünüb ki, Müşfiq sakitləşər, amma bunun əvəzinə o pəncərəsinin altında dayanaraq ailəsini söyüb. Mehdiyev artıq dözə bilməyib və "onun səsini kəsmək üçün" şişi götürüb həyətə düşüb. Şükürova tərəf gələndə əlində bıçaq görüb. Yaxınlaşan kimi onu qabaqlayıb şişlə bir neçə dəfə ona xəsarət yetirib. Zərbələrdən sonra Müşfiq bir qədər qabağa qaçıb sonra yerə yıxılıb. Evə qalxan Səxavət şişi yatdığı çarpayının baş tərəfinə tullayıb və arvadına Şükürovu vurduğunu deyib. Polis bölməsinə gedərək könüllü təslim olub.

Məhkəmə prosesi zaman təqsirləndirilən şəxs məhkəmədən yaşlı vaxtında belə ağır duruma düşməsini, ailəsinin başsız qalmasını və əməlindən peşmançılıq çəkməsini nəzərə almağı xahiş edib.

Mərhumun qardaşı Ramil Şükürov təqsirləndirilən şəxsin ciddi cəzalandırılmasını xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Səxavət Mehdiyev qəsdən adam öldürmək maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Qonşusunu öldürən şəxs: "Ailəmi söydü" - FOTOQonşusunu öldürən şəxs: "Ailəmi söydü" - FOTOQonşusunu öldürən şəxs: "Ailəmi söydü" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1119   Tarix: 22 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

18 oktyabr
.

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səmə

16 oktyabr
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video

Ölkəmizdə kifayət qədər vakansiya mövcuddur. Hər gün yenilənən onlarla iş elanı da bunu göstərir. Bəs işaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? Problem vakansiyaların sayında, təklif olunan əməkhaqqında, təcrübə tələbində, yoxsa işəgötürənlərin tələbləri ilə işaxtaranların bacarıqları arasındak

18 oktyabr
.

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video

Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli

16 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ

2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib

18 oktyabr