Yenicə Rusiya vətəndaşlığını almış şəxslər məcburi hərbi xidmətə cəlb ediləcəklər
Rusiyada 10 ildən daha az müddətə vətəndaşlıq almış şəxslərin məcburi hərbi xidmətə cəlb edilməsinə dair təkliflər hazırlanır.
Bu barədə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin və İnsan Hüquqlarının İnkişafı Şurasının üzvü Kirill Kabanov məlumat verib.
K.Kabanov qeyd edir ki, qərar Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan şəxslərə şamil olunacaq.
"Hərbi vəzifəni yerinə yetirməkdən imtina yalnız hərbi xidmətə cəlb olunmaqdan boyun qaçıran şəxsin deyil, həm də onun ailə üzvlərinin Rusiya vətəndaşlığından məhrum edilməsinə səbəb olmalıdır. Bu təşəbbüsün həyata keçirilməsi yuxarıda adları çəkilən ölkələrin hakimiyyət orqanları tərəfindən öz vətəndaşlarının xüsusi hərbi əməliyyatlarda könüllü olaraq iştirakına dair rəsmi qadağaya adekvat cavab olacaq", - deyə K.Kabanov vurğulayıb.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakına qarşı çıxıblar.
Əgər bu ölkələrin vətəndaşları Ukraynadakı hərbi əməliyyatlarda iştirak edərlərsə, onları vətənlərində beş ildən 10 ilə qədər həbs gözləyə bilər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 7271 Tarix: 22 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hindistanda Xalq Tarakanlar Partiyası hərəkatının lideri saxlanıldı
Hindistan polisi Xalq Tarakanlar Partiyası hərəkatının lideri Abxicit Dipkeni nəzarət altına alıb. Bu barədə "India Today" nəşrinə istinadən məlumat verir. "Dipke iki dəfə Konnot-Pleysdə (Nyu-Delhi rayonu) Mərkəzi parkı ziyarət etməməsi ilə bağlı qadağanın olduğu bildiriş göndərilib, laki
17 oktyabrMustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe
18 oktyabrZelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk
18 oktyabrHindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət
18 oktyabrBerlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabrAğ Evin yeni mətbuat katibi vəzifəsindən azad edildi
Ağ Evin mətbuat katibi Keyti Zakariya bu vəzifədə fəaliyyətə başladıqdan bir həftədən də az müddət sonra işdən çıxarılıb. bildirir ki, bu barədə "The New York Times" nəşri üç mənbəyə istinadən xəbər verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirmişdi ki, Zakariyaya bu vəzifəd
17 oktyabr