Binəqədi rayonunda narkokuryerlik edən taksi sürücüsü və daha bir nəfər saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Ötən gün baş tutan sonuncu əməliyyatlar zamanı narkokuryerliklə məşğul olan Kamran Talıbov Binəqədi qəsəbəsi Gülüstan küçəsi ərazisində saxlanılıb. Onun taksi fəaliyyəti ilə məşğul olduğu "Opel" markalı avtomobilin yük yerinə baxış zamanı 3 kiloqram heroin aşkar olunaraq götürülüb.
DİN-in Mətbuat Xidmətindən Sonxeber.az-a məlumat verilib.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər - Səid Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqramdan artıq heroin aşkar edilib.
Qeyd edək ki, Kamran Talıbov və Səid Məmmədov ifadələrində xarici ölkələrdən birində yaşayan narkotacirlərlə əlaqə yaradaraq onların Bakı şəhəri ərazisində maddi qazanc müqabilində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər. Kamran Talıbovun həmin narkotacirlərlə əlaqəyə girməsi həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sübuta yetirilib. Xaricdən ölkə ərazisinə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə göndərən qadın və onun oğlu olduğu ehtimal edilən daha bir nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi və onların yaşadıqları ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb. Kamran Talıbov və Səid Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 767 Tarix: 23 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021