Avropa ELAN ETDİ - Ruslara niyə yaşıl işıq yandırıldı?

Avropa ELAN ETDİ - Ruslara niyə yaşıl işıq yandırıldı?Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik və nüvə hücumu təhlükəsindən sonra Avropa İttifaqından ard-arda diqqətçəkən açıqlamalar gəldi…
Rusiya prezidenti Vladimir Putinin bu həftənin əvvəlində elan etdiyi qismən səfərbərlik qərarı Ukrayna ilə yanaşı, Avropada da rezonans doğurub. Avropa ölkələri Putinin səfərbərlik qərarını "çarəsizlik" kimi şərh etsələr də, Ukraynanın üç regionunda keçirilən referendumun nəticələrini tanımayacaqlarını bildirsələr də, Putinin öz çıxışında səsləndirdiyi "nüvə təhlükəsi"nə ciddi yanaşmaq fikrindədirlər.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Rusiyanın qismən səfərbərlik qərarı və Ukraynanın 4 bölgəsində referendum keçirməsi ilə bağlı İngiltərə mətbuatına mühüm açıqlamalar verib.

"MÜHARİBƏ DƏHŞƏTLİ MƏQAMA ÇATIB"

O, Aİ-nin Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı hədələrini ciddi qəbul etməli olduğunu vurğulayıb.

"Müharibə "dəhşətli məqam"a çatıb. Şübhəsiz ki, bu, təhlükəlidir, çünki Rusiya ordusu küncə sıxışıb. Nüvə silahından istifadə ilə hədələyən Putinin reaksiyası həqiqətən də dəhşətlidir", - Borrel bildirib.

Rusiya liderinin öz çıxışında ölkəsinin müxtəlif kütləvi qırğın silahlarına sahib olduğu və ixtiyarında olan bütün vasitələrdən istifadə edəcəyi barədə açıqlamasını xatırladan Borrel deyib: "Bir insan bunun blef olmadığını söyləyirsə, onu ciddi qəbul etmək lazımdır".

Borrel Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruyan diplomatik həll yoluna gəlinməli olduğunu deyib: "Müharibəni bitirmək olar, amma sülh əldə oluna bilməz və başqa bir müharibə başlayar".

AVROPA RUSLARA QUCAQ AÇIR?

Avropa İttifaqı Şurasının Prezidenti Çarlz Mişel Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasında fasilə zamanı "Politico"ya açıqlama verib. O, "qismən səfərbərlik" qərarına görə qaçan ruslara Avropanın qucaq açacağına işarə edib.

"Rusiyada insanlar siyasi baxışları və Kremlin çılğın müharibə qərarına tabe olmaq istəməmələri səbəbindən təhlükə altındadırlarsa, bunu nəzərə almalıyıq" - Mişel deyib.

Putinin elan etdiyi qismən səfərbərlik qərarının müharibənin dinamikasını tamamilə dəyişdirdiyini qeyd edən Şura sədri bildirib ki, çox tez əməkdaşlığa başlamaq və koordinasiyalı çalışmaq lazımdır: "Çünki qismən səfərbərlik qərarı yeni bir reallıqdır".

Qeyd edək ki, elan edilmiş qismən səfərbərlikdən sonra Almaniya hərbi xidmətə qoşulmaqdan imtina edən Rusiya vətəndaşlarına qucaq açıb. Almaniyanın daxili işlər naziri Nensi Fazer orduya qoşulmaq istəməyən Rusiya vətəndaşlarının sığınacaq üçün müraciət edə biləcəyini açıqlayıb. Repressiya ilə təhdid edilən rusların Almaniyada müdafiə ediləcəklərin deyən Fazer deyib:

"Putin rejiminə qarşı çıxan və bu səbəbdən də özünü böyük təhlükəyə atanlar Almaniyaya sığınacaq üçün müraciət edə bilərlər. Dövlətimiz aylardır təqib və təhdidlərə məruz qalan Rusiya rejiminin əleyhdarlarını qəbul edir".

Almaniyanın ədliyyə naziri Marko Buşman isə bildirib ki, Putin yoluna nifrət edən və liberal demokratiyanı sevən hər kəs Almaniyada qəbul olunur.

Xatırladaq ki, qismən səfərbərlik elan edən Rusiya lideri Vladimir Putin çıxışında Qərb ölkələrinin Ukraynada müharibənin sülh yolu ilə həllini istəmədiyini iddia edib:

"Əgər ərazi bütövlüyümüz təhlükə altına düşərsə, Rusiya bütün imkanlardan istifadə edəcək. Qərbə deyirəm, bizim istifadə edəcəyimiz çoxlu silahlarımız var. Bu, blef deyil".

Bu açıqlaması ilə Putin nüvə silahından istifadəyə diqqət çəkib./Musavat


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2230   Tarix: 24 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Sabah 31 dərəcə isti olacaq

Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr
.

Gəncləri evlənməkdən çəkindirən səbəblər: Çıxış yolu nədir?

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hər min nəfərə düşən nikahların sayı 4.6-dan 3.9-a, boşanmaların say

18 oktyabr
.

Tələbələrin təqaüdləri artırılacaq?

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini

18 oktyabr
.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir. Bu məbləğ qarşılığında hansı işlər görüləcək

18 oktyabr