Azərbaycanın qastroturizm imkanları İtaliyada təbliğ edilir

Azərbaycanın qastroturizm imkanları İtaliyada təbliğ edilir22-26 sentyabr tarixlərində Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları İtaliyanın Turin şəhərində keçirilən "Terra Madre Salone del Gusto" qida festivalında tanıdılıb.

Bu barədə Dövlət Turizm Agentliyindən Sonxeber.az-a məlumat verilib.

Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stenddə Böyük Qafqaz Dağları üzrə "Slou Fud" səyahət turizm marşrutu, qastronomik turizmdə "Slou Fud" turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması üçün atılan addımlar haqqında məlumat verilib.

Həmçinin festivalda Ata-baba fındığı, Qafqaz camışı, Qafqaz dağ balı, Mədrəsə üzümü, Yabanı Qafqaz itburnusu, həmçinin Azərbaycandan yox olmaq təhlükəsilə üzləşən 30-dan çox məhsulun salındığı "Dad Gəmisi" kataloqu əsasında hazırlanan menyu təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqovun iştirakı ilə Azərbaycan Turizm Bürosunun Baş icrası direktoru Florian Zenqstşmid və "Slow Food International" beynəlxalq təşkilatının Brüssel ofisinin direktoru Marta Messa arasında Azərbaycanda "Slou Fud" fəlsəfəsinin və elementlərinin davamlı inkişaf edilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədi əməkdaşlıq haqqında saziş imzalanıb.

Festivalda Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova tərəfindən milli "Dad Gəmisi" menyusu ilə bağlı seminar keçirilib.

Qeyd edək ki, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxda həyata keçirilən "Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi" layihəsinin nəticəsi olaraq ərsəyə gələn "Slou Fud" turizm səyahət marşrutunun əsas məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq, dayanıqlı qida sisteminə, yerli kulinariyanı və mədəni irsin təşviqinə, aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli idarəsi və məhsuldar istifadəsinə töhfə verməkdir. "Slou fud" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

Dünyanın ən böyük qida festivalı hesab olunan "Terra Madre Salone del Gusto" festivalında 130 ölkə təmsil olunur. Bir milyon ziyarətçisi olan tədbir İtaliyanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə "Slow Food International" beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.
Azərbaycanın qastroturizm imkanları İtaliyada təbliğ edilirAzərbaycanın qastroturizm imkanları İtaliyada təbliğ edilir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 798   Tarix: 26 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu

Yaponiya Meteorologiya Agentliyinin (JMA) proqram xətası ölkədə böyük həyəcana səbəb olub. "Qafqazinfo" xəbər verir ki, təcili xəbərdarlıq sistemi Rusiyanın Kamçatka yarımadasında baş verən real 6,9 bal gücündəki zəlzələni səhv emal edərək, təkanın gücünü tarixdə görünməmiş 9,9 bal kimi qiymətləndirib

17 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür. Report-a istinadən xatırladır ki, oktyabrın 17-də Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyat

17 oktyabr
.

Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI

"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd

17 oktyabr
.

Bu şəxslərə 19 min manat verilə bilər? - Azərbaycanda da var imiş

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəli

18 oktyabr
.

Bu şəxslərə hər ay 850 manat VERİLƏCƏK - FOTO

UNEC-in beş tələbəsi aylıq ümumilikdə 850 manat təqaüd alacaq. Tələbələr Prezident təqaüdü, əlaçı təqaüdü və universitetin xüsusi təqaüdü ilə təmin olunacaqlar. Belə ki, tələbələrin hər biri 350 manat Prezident təqaüdü, 200 manat əlaçı təqaüdü və 300 manat UNEC-in xüsusi təqaüdünü alacaq. Qeyd edək ki

17 oktyabr
.

Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsindən altı il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndlər

18 oktyabr
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

17 oktyabr
.

Uşağı olanlara ŞAD XƏBƏR: 600 manat və aylıq müavinət verilir - Müraciət QAYDASI

Azərbaycanda uşağın doğulması ilə əlaqədar ailələr üçün bir neçə istiqamət üzrə sosial dəstək mexanizmi mövcuddur. Lakin bu ödənişlərin məbləği, kimlərə şamil olunduğu və hansı şərtlərlə verildiyi heç də eyni deyil. Məsələn, bəzi hallarda valideynə birdəfəlik 600 manat ödənilsə də, digər hallarda müavinəti

18 oktyabr