Britaniya baş naziri: "Ukraynalılar Putini aldatdılar"
"Rusiya prezidentinin qismən səfərbərlik elan etməsi ukraynalıların Putini aldadıb önə keçdiklərini göstərir".
Bunu CNN-ə müsahibəsində Böyük Britaniyanın Baş naziri Liz Trass deyib.
Trassın sözlərinə görə, Putin məğlub olduğunu gördüyü üçün dərhal hərbi eskalasiya əmri verib.
"O, Ukraynanı işğal etməklə strateji səhvə yol verdi.
Düşünürəm ki, ukraynalılar Putini aldadıb önə keçdilər. Biz ukraynalıların Rusiyanın hücumunu necə dəf etdiklərini gördük. Məncə, o, azad dünyadan sərt reaksiya gözləmirdi", - deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, Qərb Ukraynadakı müharibədən nəticə çıxarmalıdır.
"Fakt budur ki, azad dünya ilkin mərhələdə Putini bu dəhşətli müharibəyə başlamağa həvəsləndirdi. Və biz dünyanın başqa yerlərində də oxşar vəziyyətin yaranmasına imkan verə bilmərik", - deyə Trass vurğulayıb.
Liz Trass müttəfiqlərini Ukraynaya güclü dəstəyi davam etdirməyə çağırıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1254 Tarix: 26 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astronomlar kosmosda dəmirdən "lent" aşkar ediblər
Böyük Britaniyadan olan astronomlar Lira ulduz qrupunda yerləşən Halqa dumanlığının içində dəmir atomlarından ibarət nəhəng "lent" aşkar ediblər. Onun uzunluğu 3 trilyon kilometrdir və kütləsi Marsla müqayisə edilə bilər. -ın xəbərinə görə, bu barədə London Universitet Kollecinin Mətbuat Xidmətində
18 yanvarLüks brend müştəriləri izləməkdə ittiham olundu
Fransız dəb evi "Hermes" müştərilərin sərvətini və "Birkin" çantaları almaq imkanlarını müəyyən etmək üçün onları izləməkdə ittiham olunur. xəbər verir ki, müvafiq araşdırma "Glitz" tərəfindən dərc edilib. Məlum olub ki, lüks brendin işçiləri potensial müştərilərin maliyy
17 yanvarMiddlton kral qaydalarını pozdu
Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton bu yaxınlarda ictimaiyyət qarşısında çıxışı ilə kral etiket qaydasını pozub. Axşam.az xəbər verir ki, Uels şahzadəsi İngiltərə qadın reqbi komandasının şərəfinə keçirilən qəbulda 10 santimetrlik dabanlı ayaqqabılarla iştirak edib. O, bununla da protokol qaydasın
17 yanvarStarmer: Trampın rüsumların tətbiqi ilə bağlı qərarı tamamilə yanlışdır
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Qrenlandiya ilə bağlı qərarı Danimarka və ada sakinləri verməlidir. "Report"un "Sky News"a istinadən məlumatına görə, Starmer bu barədə Amerika lideri Donald Trampın Qrenlandiya məsələsinə görə Böyük Britaniya da daxil olmaqla
18 yanvarKİV: Fransanın NATO-dan çıxması məsələsi aktuallaşıb
Fransa Milli Assambleyasının vitse-prezidenti Klemens Getenin ölkənin NATO-dan çıxmasına çağıran təşəbbüsü alyansda fikir ayrılıqları fonunda reallaşa bilər. xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" nəşri məlumat yayıb. Nəşrdə qeyd edilib ki, uzun müddətdir baş verməsi xəya
17 yanvar