Bu avtomobillərin alqı-satqısı asanlaşacaq - AÇIQLAMA
Prezident İlham Əliyevin fərmanı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi Elektron Hökumət Sisteminə inteqrasiya olunacaq.
Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, bu sistemə daxil edilən məlumatlar bir sıra dövlət qurumları üçün də əlçatan olacaq.
"Bu sistem mövcud olan prosedurların elektronlaşdırılması və mərkəzi bazada cəmləşdirilməsidir. Bildiyimiz kimi Azərbaycan Respublikasının Yol Hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı mövcuddur. Proqramda da qəzaların sayının azaldılması istiqamətində və qəza sonrası prosedurların sürətlə icra olunmasıyla bağlı müddəalar var. Bu fərman proseslərin elektronlaşdırılması, informasiyaların daxil edilməsi qəza sonrası prosedurların sürətlə və dəqiq icra olunmasına kömək edəcək".
Ekspert bildirib ki, elektron bazanın yaradılması gələcəkdə yararsız avtomobillərin ölkəmizdə utilizasiya proqramına və ikinci əl avtomobillərin alqı-satqısına dəstək olacaq.
"Bu gün ölkəmizdə onlayn qaydada avtomobil alqı-satqısını həyata keçirmək çətindir. Amma bu qaydalar mərkəzləşdirilmiş elektron bazada olsa daxili bazarda ikinci əl avtomobillərin alqı-satqısı asanlaşar. Avtomobilin texniki vəziyyəti barədə tam dolğun elektron arayışın verilməsi təmin edilə bilər. Məsələn, bir vətəndaş digərindən avtomobil alırsa, avtomobilin texniki vəziyyətini sözlə deyil, elektron bazadan öyrənə bilər", - deyə ekspert bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1695 Tarix: 26 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakı Marafonu 2026" başladı - FOTO
"Bakı Marafonu 2026" başlayıb. xəbər verir ki, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan
3 mayGəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı
Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub. "Unikal"a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaq
4 mayMaaşlarla bağlı dəyişiklik təsdiqləndi - BUNDAN SONRA BELƏ OLACAQ
Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişiklikləri son oxunuşda qəbul edib. Bununla bağlı Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakir
3 mayHirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏR
Cüyürlərin ehtiyatlı addımları, ayıların meşədə sərbəst dolaşması - bütün bunlar Hirkan Milli Parkı ərazisində quraşdırılmış fototələlərin yaddaşına köçən son görüntülərdir. İnsan gözündən uzaq qalan bu anlar ağaclar üzərində yerləşdirilən xüsusi kameralar vasitəsilə qeydə alınır. Hər rüb bu cihazları
4 mayİlham Əliyev polşalı həmkarı Karol Navrotskini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:. "3 May - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca
3 mayBu şəxslər məcburi İŞDƏN ÇIXARILACAQ
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən
3 may"Space" TV-yə yeni baş direktor təyin edildi
"Space" televiziyasına yeni baş direktor təyin edilib. -ın -a istinadən məlumatına görə, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə icla
4 may