"Yolunu azmışdı..." - "Torqovı"da bacısını öldürən qardaşın CİNAYƏT İŞİ

"Yolunu azmışdı..." - "Torqovı"da bacısını öldürən qardaşın CİNAYƏT İŞİBakının mərkəzində bacısını qətlə yetirməkdə təqsirləndirilən Qabil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qabilin hansı səbəbdən bacısını qətlə yetirməsi isə bu günə kimi ictimaiyyətə qaranlıq qalıb.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.

İttihama görə, hadisə Səbail rayonu, "Xəqani" bağının yaxınlığında qeydə alınıb. Qabil Quliyev münaqişə zəminində bacısı Pərvanə Quliyevanı bıçaqlayaraq öldürüb.

Məhkəmədə danışan Qabil Quliyev özünü təqsirli bilib və qeyd edib ki, məqsədi bacısını öldürmək olmayıb:

"Bacım Pərvanə 2015-ci il tarixdə Əflatun Abbasovla ailə qurdu və Ömər adlı bir oğlanları oldu. Daha sonra bacım ilə Əflatun yola gedə bilmədikləri üçün boşandılar. Həmin vaxtdan Pərvanə Ömərlə birlikdə bizimlə yaşamağa başladı".

Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı ərindən ayrıldıqdan sonra çox dəyişib, yüngül həyat tərzi keçirib:

"Övladına qayğı göstərmirdi, evə gec gəlirdi. Təxminən bir ildən artıqdır ki, bacım evə çox az hallarda gəlirdi, onun evə gəlməməsi ilə bağlı bir neçə dəfə söz-söhbət oldu. Evdə olan zaman çalışdığımız qədər onu çölə buraxmırdıq. Pərvanə boşandıqdan sonra Toğrul adlı bir nəfərlə münasibət qurdu, təxminən bir ilə yaxın Toğrulla bir yerdə yaşadı. 2019-cu ilin əvvəllərində Toğrul bir neçə qadınla bizim evimizə elçiliyə gəlib Pərvanəni istədi. Həmin vaxt yanındakı qadınları anası, qardaşının arvadı kimi təqdim etdi, lakin həmin qadınlar onun qohumları deyildi. Həmin şəxslər Pərvanə ilə birlikdə Bakı şəhərində fəaliyyət göstərən gecə klublarından birində çalışırdı. Pərvanə ilə Toğrul da qeyd edilən gecə klubunda tanış olub, anam və atam bu məsələdən şübhələndiklərinə görə bacımı vermədilər. Lakin bacım israrından sonra onun Toğrulla getməsinə icazə verdilər. Bacım evdən getməsi ilə bağlı bir neçə dəfə onunla söhbət etdik, ondan evdən getməməsini, bizi utandırmamasını, ailəsi ilə birgə yaşamasını xahiş etdik. Ona dəfələrlə demişdim ki, yolunu azırsan. Lakin bacım məni saymadı, Toğrulla gedib yaşadı. Üstündən bir müddət keçəndən sonra Toğrul anam Zəminə ilə mobil telefon əlaqəsi saxlayıb onların evinə gələn elçilərin yalan olduğunu, bu elçiliyi Pərvanənin israrı ilə etdiyini bildirdi. Bundan sonra anam Pərvanəni evə gətirməsini tələb etdi".

Qabil Quliyev deyib ki, səhəri gün Toğrul Pərvanəni evə gətirib qoydu:

"Ancaq arabir Toğrul evimizə gəlib Pərvanə ilə görüşürdü. Lakin son zamanlar bacımın Toğrulla münasibətinin olub-olmamasından xəbərimiz yox idi. 2019-cu ilin aprel ayının əvvəllərində babamın ölümünün ildönümü münasibətilə anam Zəminə, atam Nağı, bacım Pərvanə və onun azyaşlı övladı Ömərlə anamın ata evinin yerləşdiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna getdik. Mən isə onlardan əvvəl Şərur rayonuna getmişdim. Aprel ayının axırına yaxın anam, atam və mən Bakı şəhərinə qayıtdıq. Bacım isə Şərur rayonunda xalam yanında qaldı. O, 2019-cu ilin may ayında Bakı şəhərinə gəldi. Aeroportda onu qarşılayıb evə gətirdik. Pərvanə bir müddət evdə qaldıqdan sonra yenə də çıxıb getdi. Onu müxtəlif yerlərdə axtarsaq da, tapa bilmədik. Artıq bacımın tüfeyli və yüngül həyat tərzi yaşaması məni bezdirirdi. Pərvanənin gecə klublarında əyləndiyini, müxtəlif şəxslərlə görüşdüyünü, yüngül həyat tərzi yaşadığını eşidirdim".

Qabil Quliyev evdə olan zaman Toğrulun anasına zəng elədiyini məhkəmədə deyib:

"Gecə saat 1 olardı. Telefonu mən götürdüm. Toğrul Pərvanənin hazırda Malakan (Xəqani) bağının yaxınlığında gördüyünü, onun avara qızlarla gəzdiyini bildirdi. Toğrulla danışdıqdan sonra yaşadığım evin qonaq otağında stolun üstündə olan mətbəx bıçağını götürüb cibimə qoydum. Qapıdan çıxanda anam və atam digər otaqdan səslənib nə baş verdiyini soruşdular. Onlara Toğrulun Pərvanəni gördüyünü, bacımın şəhərin mərkəzində olduğunu, onu götürməyə getdiyimi söylədim. Atam ona gözləməyimi, mənimlə birgə gələcəyini dedi. Atam ilə birgə yaşadığımız evin yaxınlığından keçən taksiyə əyləşdik, "Malakan" bağına gəldik. Atam ilə Malakan bağında bir müddət bacımı axtardıq, tapmadıqdan sonra "Tarqovu"ya düşdük. Atamın yorulduğunu görüb ona getməsini, özümün də bir müddət onu axtarıb evə gələcəyini dedim. Atam evə qayıtdı, bir müddət bacımı axtarıb tapa bilmədikdə yenidən "Malakan" bağına qayıtdım. Orada ikən Toğrul gəldi. Saat təxminən 03:30 radələrində Toğrulla "Malakan" bağında olan skamyada söhbət edərkən bacımı bağın yaxınlığında sarışın bir qızla keçib getdiyini gördüm. Lakin Pərvanə məni görmədi, gedib "Malakan" bağının girişində "Xəqani" ticarət mərkəzinin yaxınlığında dayandılar. Orada bir maşına söykənmişdilər. Gördüm ki, avtomobilin içində adam var. Onlar maşında olan iti sığallayıb, həmin adamla söhbət edirdilər. Bunu görəndə mən daha da qəzəbləndim. Bacım həmişə mənim namusuna ləkə gətirən hərəkətlər etməsi, evdə söz-söhbət salması məni bezdirmişdi. "Malakan" bağı boyunca onlara tərəf getdim, üzərimdə olan mətbəx bıçağını çıxarıb arxa tərəfdən Pərvanəyə yaxınlaşaraq bıçaqla iki dəfə ona zərbə vurdum, zərbələrdən birini kürək nahiyəsinə, digərinin isə döş qəfəsi nahiyəsinə dəydiyini hiss etdi. Ona zərbə vuran kimi Pərvanə qışqırmağa başladı, yerə çöməlib ayağa durub "Malakan" bağına tərəf qaçdı. Bacımın yanında olan sarışın qız da qışqırdı. Bir iki addım Pərvanəyə tərəf gedib daha sonra fikrimi dəyişərək, evə qayıtmaq qərarına gəldim və "Xəqani" ticarət mərkəzinin qarşısı ilə "Tarqovu"ya girib qaçmağa başladım".

Qabil Quliyev deyib ki, telefonla valideynlərinə zəng edərək Pərvanəni bıçaqladığını deyib: "Planım evə gedib, vəziyyəti evdəkilərə demək və daha sonra təslim olmaq idi. Taksiyə əyləşib evə gəldim. Baş verənləri anama və atama danışdım, gedib təslim olacağımı dedim. Hazırlaşıb evdən çıxarkən polis əməkdaşları gəldi və məni Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə apardılar. Bölmədə olarkən mən Pərvanənin öldüyünü öyrəndim. Ancaq çox peşiman oldum, Pərvanənin ölməsini istəmirdim. Pərvanəni qorxutmaq məqsədilə vurmuşdum".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qabil Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4345   Tarix: 27 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini

17 oktyabr
.

1214 şagirdi SEVİNDİRƏN XƏBƏR - Nazirlik məlumat yaydı

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları

18 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

16 oktyabr
.

Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı

Mingəçevir və Zərdabın icra başçısı işləmiş Lütvəli Babayevin oğlunun iki milyonluq əmlakını ələ keçirməkdə ittiham olunanların məhkəməsi davam edir. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayev

17 oktyabr
.

Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib

18 oktyabr
.

Dərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini

18 oktyabr
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

18 oktyabr
.

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzind

18 oktyabr