"Ölkə başçımızın qurduğu düzgün strategiya bizi bu qələbəyə apardı" - Deputat

"Ölkə başçımızın qurduğu düzgün strategiya bizi bu qələbəyə apardı" - Deputat"Erməni havadarları Azərbaycana çox ciddi təzyiqlər göstərirdi. Prezident cənab İlham Əliyev bütün bunlara sinə gərməyi bacardı, hər birinin cavabını verdi. Azərbaycan təkcə döyüş meydanında qələbə qazanmadı, eyni zamanda informasiya, diplomatiya müstəvisində Ermənistana qalib gəldi. Beləliklə, Azərbaycan 44 günlük Vətən müharibəsində nəinki tarixi ədaləti bərpa etdi, eyni zamanda dünya erməni faşizminə, onların havadarlarına qalib gəldi".
Bu sözləri Milli Məclisin deputatı Cavid Osmanov Sonxeber.az-a bildirib.
"Ölkə başçımızın qurduğu düzgün strategiya bizi bu qələbəyə apardı" - DeputatO həmçinin qeyd edib ki,Azərbaycanın tarixi qələbəsinin kökündə müzəffər Ali Baş Komandan, xalq və silahlı qüvvələrin birliyi dayanırdı. Xalqımızın öz lideri Ali Baş Komandan ətrafında sıx birləşməsi, ordumuzun gücü, qətiyyəti, ölkə başçımızın qurduğu düzgün strategiya bizi bu qələbəyə apardı:

"Ermənilər 2 əsr boyunca Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımlar törətmişdilər. Elə 90-cı illərin əvvəli birinci Qarabağ müharibəsində də Azərbaycan torpaqlarının 20 faizini işğal altına saldılar, Xocalı, Qaradağlı kimi ərazilərdə misli görülməmiş vəhşiliklərlə xalqımıza qarşı soyqırım törətdilər. Ermənistan bundan sonrakı mərhələdə çalışırdı ki, status-kvonu saxlasın və Azərbaycanı işğalla barışdırsın. Azərbaycan prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü bir dövlətə çevrildi.İlk növbədə Azərbaycanın müstəqil iqtisadiyyatı quruldu, Azərbaycanın milli maraqlarına xidmət edən siyasət yürüdüldü və eyni zamanda Azərbaycanın güclü ordusu formalaşdırıldı.
Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları sırasına daxil oldu. Azərbaycan silahlı qüvvələrində vətənpərvər ruhda yetişən gənclərimiz oldu. Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını hər zaman İlham Əliyev qeyd edirdi. Hətta Azərbaycan hər zaman çalışırdı ki, bu məsələ beynəlxalq hüquq normaları çərçivəsində, danışıqlar prosesində sülh yolu ilə həll olunsun. Amma Ermənistan bu məsələnin sülh yolu ilə həllini istəmirdi. Çalışırdı ki, köhnə status-kvonu saxlasın. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi var idi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxsın. Ermənistan beynəlxalq hüquqa heç bir əhəmiyyət vermədən öz işğalçılıq siyasətini davam etdirirdi. Beynəlxalq bir riyakarlıq var idi, Ermənistana ciddi təsir göstərilmirdi ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirtsin. Ermənistan cəzasız qaldığı üçün yenidən Azərbaycan torpaqlarını işğal etmək niyyətinə düşmüşdü. Belə ki, Ermənistanın keçmiş müdafiə naziri Tonoyan ABŞ-da erməni lobbisi ilə görüşü zamanı bəyan etmişdi ki, yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşır. Biz 2020-ci ilin 12 iyul tarixində Tovuz istiqamətində Ermənistanın başladığı təxribatlarda bunun əyani təzahürünü gördük. Digər tərəfdən 27 sentyabr 2020-ci il tarixində Ermənistan daha geniş miqyaslı təxribatlara başladı və bununla da yeni torpaqlar uğrunda müharibəyə başladılar. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərlərliyi ilə rəşadətli ordumuz əks hücum əməliyyatına başladı. Beləliklə də 44 gün ərzində Azərbaycan qüvvələri bir addım belə geri çəkilmədən ancaq irəliyə gedərək torpaqlarımızı işğaldan azad etdi.Erməni havadarları Azərbaycana çox ciddi təzyiqlər göstərirdi. Prezident cənab İlham Əliyev bütün bunlara sinə gərməyi bacardı, hər birinin cavabını verdi. Azərbaycan təkcə döyüş meydanında qələbə qazanmadı, eyni zamanda informasiya, diplomatiya müstəvisində Ermənistana qalib gəldi. Beləliklə, Azərbaycan 44 günlük Vətən müharibəsində nəinki tarixi ədaləti bərpa etdi, eyni zamanda dünya erməni faşizminə, onların havadarlarına qalib gəldi və 10 Noyabr tarixində Ermənistan diz çökərək kapitulyasiya aktına imza atdı.Azərbaycanın igid əsgər və zabitləri 44 günlük dastan yazdılar. Öz tarixinin ən parlaq zəfərini Azərbaycan xalqına yaşatdılar. Azərbaycanın tarixi qələbəsinin kökündə müzəffər Ali Baş Komandan, xalq və silahlı qüvvələrin birliyi dayanırdı. Xalqımızın öz lideri Ali Baş Komandan ətrafında sıx birləşməsi, ordumuzun gücü, qətiyyəti, ölkə başçımızın qurduğu düzgün strategiya bizi bu qələbəyə apardı".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1989   Tarix: 08 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni

29 sentyabr
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024
.

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd

17 mart 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart 2024
.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart 2024