"Son iki il göstərdi ki, müstəqil və qalib xalq olaraq, qürurla yaşamaqdan böyük xoşbəxtlik ola bilməz" - DEPUTAT
"Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümumxalq Anım Günü Zəfər tarixinin başlandığı Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında, ilk döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirələrinə ucaldılmış abidənin açılışında iştirak etdilər".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, abidənin önündə çıxış edən ölkə başçısı, cənub istiqamətində vətən torpaqlarının azad olunması əməliyyatlarının buradan başlandığını və 44 gün ərzində qəhrəman ordumuzun bir dəfə də olsun geri çəkilmədiyini xatırlatdı:
"Prezidentin çıxışları, səsləndirdiyi fikirlərin hər biri ölkəmiz, onun təhlükəsizliyinin qorunması, gələcəyi ilə bağlı xüsusi məna kəsb edir. Bu baxımdan dünənki çıxışda diqqətimi çəkən əsas məqamı Sizlərlə bölüşmək istərdim. Bu gün şəhidlərimizin əziz xatirəsinin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki, ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müsrəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır".
Deputat vurğulayıb ki, son iki il göstərdi ki, müstəqil və qaib xalq olaraq, qürurla yaşamaqdan böyük xoşbəxtlik ola bilməz:
"Dünyada olduqca mürəkkəb və ziddiyətli proseslər gedir. Rusiya, İran kimi ölkələr çalxalanır. Autsayder Ermənistan başını itirib. Nə etdiyini, anlamır, özünə yeni "himayədar" axtarışındadır, psixoz vəziyyətindən çıxa bilmir. Qardaş Türkiyənin ətrafında müxtəlif oyunlar oynanılır. Əfsuslar olsun ki, ölkə daxilində, hələ də düşmənin dəyirmanına su tökən, ən yüksək səviyyədə Ermənistana hərbi, siyasi, iqtisadi dəstək verən iranpərəstlərin gözləri açılmır. Sivil dünyanın nifrət etdiyi molla rejiminin insanlığa zidd davranışları yerli "nağılbazlar" tərəfindən təşviq olunur. Cənab prezidentin İlham Əliyevin vurğuladığı kimi xoşbəxt nəsilik ki, biz bu tarixi hadisələrin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Əli Həsənova yeni vəzifə verilir
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI