Bərdədə Azərbaycan bayrağına hörmətsizliklə bağlı araşdırma başlanıb - YENİLƏNİB + VİDEO
Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə araşdırma başlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Belə ki, faktla bağlı araşdırmanın aparılması Bərdə rayon prokurorluğuna tapşırılıb.
12:51
Azərbaycanda bayrağa qarşı hörmətsizliklə bağlı hadisənin Bərdədə baş verdiyi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, hadisəni törədən şəxsin Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi olduğu bildirilib.
Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Qeyd edilib ki, qurum sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir.
Məlumatda bildirilib ki, hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb:
"Birinci Qarabağ müharibəsinin şəhidi, "Azərbaycan Bayrağı" ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib".
11:39
Daxili İşlər Nazirliyi Bərdə rayonunda Azərbaycan Bayrağına qarşı edilmiş hörmətsizliklə bağlı hadisəyə reaksiya verib.
Oxu.Az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
11:06
Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, videoda kimliyi bəlli olmayan bir şəxsin qapı satışı edilən mağazaya daxil olaraq kiminləsə mübahisə etdiyi görünür.
Mübahisədən sonra obyektin pəncərəsində asılan Azərbaycan bayrağını qoparıb masanın üzərinə atıb.
Həmin görüntüləri təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 9421 Tarix: 30 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
17 oktyabrErmənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərini
17 oktyabrAzərbaycanda pensiyalar belə artacaq - YENİ AÇIQLAMA
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
18 oktyabrRamiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını
16 oktyabrAzərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
17 oktyabrBazarda meyvə-tərəvəz ucuzlaşdı
Payız bazarında mövsümü məhsulların qiyməti artır. Meyvə və tərəvəzlər bol olsa da qiymətlər ucuzlaşıb. Bəs satıcılar qiymətlərdən razıdırlarmı? . xəbər verir ki, alıcılar da qiymətlərin münasib olduğunu bildiriblər. Mövsümi meyvələr alma, üzüm, nar qiymətləri ucuzlaşıb. Satıcıların sözlərinə görə, bəz
17 oktyabrNazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
2026-cı ilin yanvar-sentyabr ayları ərzində 24 632 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 60,45%-ni kişilər, 39,55%-ni isə qadınlar təşkil edib
18 oktyabr